MÖVZU 2:Əhalinin Fövqəladə hallara hazırlığı.
ƏHALİNİN FÖVQƏLADƏ HALLARA HAZIRLIĞI
•
MM-in ən əsas vəzifələrindən biri qərargahların, xidmətlərin, dəstələrin
şəxsi heyətinin və işləməyən əhalinin xüsusi hazırlığıdır. Bu hazırlığın
məqsədi əhalinin FH nəticəsindən mühafizə qaydalarını
mənimsəməsini, qərargah və dəstələrin şəxsi heyətinin FH şəraitndə
bacarıqla və qəti fəaliyyət göstərmələri üçün həmişə hazır olmasını
təmin etməkdən ibarətdir.
•
Dəstlərin hazırlanması elə çoxcəhətli bir prosesdir ki, bu da rəhbər
heyətdən dərin bilik, düzgün təlim formaları və üsulları tələb edir.
Dəstələrin şəxsi heyətinin hazırlığı müəssisə rəhbərlərinin, qərargah
rəislərinə, dəstə komandirlərinə həvalə olunur. Müəssisə
rəhbərlərinin göstərişlərinə əsasən, təlim keçənlərin kateqoriyasını,
təlim qruplarının heyətini, yerini, dərslərin keçirilmə vaxtlarını, təlimin
rəhbərlərini və maddi texniki təlimatını qərargah təyin edir.
•
Müəssisə rəhbər kadrlarının və mütəxəssislərinin hazırlığı ali və orta
məktəblərdə, təkmilləşmə məktəblərində, rayon, şəhər və respublika
MM kurslarında keçirilir.
•
İşləməyən əhali MM üzrə ümumi minimum bilik proqramını “Bunu
hamı bilməlidir” yaddaşı üzrə sərbəst öyrənirlər. Kənd (qəsəbə)
rəhbərləri işləməyən əhaliyə yaddaşın məzmununu
öyrətməkdə hərtərəfli kömək edir, xüsusi sərgi stendlərinin,
kinofilmlərin göstərilməsini təşkil edir, söhbətlər aparır və başqa
tədbirlər görürlər.Respublika ali məktəblərinin tələbələri, orta
məktəblərin və texniki peşə məktəblərinin tələbələri MM-i xüsusi
proqramlar üzrə öyrənirlər. Bunların hazırlığına məsuliyyəti bu
Dostları ilə paylaş: |