Mmc və digər təşkilatı-hüquqi formalı şirkətlərin qeydiyyatı üçün 1 saylı yaddaş



Yüklə 7,32 Kb.
tarix24.10.2017
ölçüsü7,32 Kb.
#12159

MMC və digər təşkilatı-hüquqi formalı şirkətlərin qeydiyyatı üçün 1 saylı YADDAŞ

Təsisçi fiziki şəxs olan Şirkətin qeydiyyatı məqsədilə sahibkarlar qeydiyyat idarəsinə 7 əsas və lazım olarsa, bir neçə əlavə sənəd (məsələn: şəxsiyyət vəsiqələri surəti) təqdim etməlidir.

1-2. Ərizə forması və ona qoşulmuş təsisçi(lər) haqqında məlumat (notariat qaydasında təsdiq lazımdır). Ərizədə göstərilməsi məcburi olan məlumatları bilmək istəyirsinizsə,onda 2-ci yaddaşa baxın)

3-4. Təsis sənədləri – təsisçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmuş nizamnamə, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar;

5. Dövlət qeydiyyatı rüsumunun ödənilməsini (MMC üçün 11 manat) təsdiq edən bank qəbzi;

6.Şirkətin nizamnamə kapitalının ödənilməsini (1 manatdan çox istənilən məbləğ) təsdiq edən bank qəbzi

7-8. Hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən razılıq ərizəsi (əgər ev və tikili təsisçinin adına deyilsə) və ya obyekt üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (notarial təstiqli);

Əlavə: Direktorun (rəhbərin) şəxsiyyətini təsdiq edən sənədlərin surəti.

9. Qanuni təmsilçinin (əgər varsa) adına olan vəkalətnamə və şəxsiyyətini təsdiq edən sənədlərin surəti.

Dövlət Qeydiyyatı haqqında Qanuna əsasən, hər hansı catışmamazlıqlar, yaxud imtina üçün əsas olmadıqda, qeydiyyat şəhadətnaməsinin verilməsilə bağlı qərar vahid ərizə formasının qəbul olunduğu tarixdən sonra iki gün ərzində verilməlidir. Qeydiyyat şəhadətnaməsindən başqa qeydiyyat idarəsi ərizəçiyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və nizamnamə da təqdim edir.

Təsisçi hüquqi şəxs olan Şirkətin qeydiyyatı məqsədilə sahibkarlar qeydiyyat idarəsinə bu sənədlərdən əlavə aşağıdakı sənədləri təqdim etməlidir.:



10-12. Hüquqi şəxs olan təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti,həmçinin təsisçisi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
Yüklə 7,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin