Moda dəyərinin strukturunun tədqiqi”



Yüklə 6,8 Mb.
səhifə15/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   11   12   13   14   15   16   17   18   ...   36
Şəkil 1.6. Batika Rəsmi
Müharibə başlayan zamanlardan Paris moda şəhəri adını itirmişdi onun yerinə Berlin dahada məşhur moda şəhəri sayılırdı. Demək olar ki müharibə bitdikdən sonra Paris öz gücünü geri qazanaraq modaları ilə yenidən gündəmə gəlir. Vaxtı ilə Paris modasını mənimsəyən Amerika yaratdığı idman stili ilə Parisin etibarlılığını qazanır.

Günümüzdə dəb olan parlaq üzəri gül çiçəkli dalğa rəsmli olan köynəklər məhz bu dövrdə yarandı. Hawaii, Carisca adı altında tanınan köynəklər Florida və Kaliforniyada məşhurlaşdı (1946 – 1947). Buna başlıca səbəb isə kişi geyimlərinin artıq sıxıcı olmağı idi. İlk dəfə idi ki, kişi geyimləri modanın hər hansı dəbindən formasında bezirdi. Amerikan dizaynerləri sport geyimi ilk dəfə Avropada təqdim etdilər. Keçmiş ilə bəhrələnən gənc istedadlar artıq öz dəblərini özləri yaradırdılar. 1950 – ci ildə baş verən bu hadisə yaşlı dizaynerlər tərəfindən rəğbətlə qarşılandı.

Keçmiş də dəst geyimlərin yalnız kişilərin seçeimi idisə indi artıq qadınlarda bu cür geyinir. 1988 – ci ildə xanımlar cins dəstlərlə birgə idman köynəyindəndə istifadə edirdilər. Bu cərəyan baş tutdu və davam etdi. Kişilərində seçim elədikləri cins dəst qadınlar öncə kişilərdə dəb olub. 1973 – cü ildə yaranan bu stil orta təbəqənin insanlarının sevə - sevə geyindiklər rahat gündəlik geyim idi. Postmodern məhz bu hadisədən sonra baş tutdu.

Günümüzdə ən çox cavan qızların dəbi olan “Cigarette” Amerikada 1950 – ci ildə yarandı. Dar cinslərin üzərində isə qısa dəri pencəklər moda idi. Dəri pencəklərin üzərində qızılı və gümüşü dəmirlərdə olurdu. Bəzən isə kürək hissədə hər hansı bir kompozisiya rəsmi olurdu.

1960 – cı ildən moda podiumlarda özünü göstərirdi. Modaya təsir edən amillər məhz bu podiumlarda təqdim olunan geyimlər idi. Sadə insanların arasında seçilən gündəlik moda gəlirli sahə idi. 1960-cı ildə isə küçə tərzinə yeni geyim forması gəldi – mini ətək.

Müharibədən sonrakı dövrdə qadınların çox qismi kişi işlərində çalışmaya başladılar. Bu geyimədə təsirini göstərirdi. Qadınlar demək olar ki kişi kimi geyinirdilər. 1940- ci ildə qadınların çalışdıqları işləri keçmişdə yalnız kişilər edirdi. Məsəl üçün apar – gətir işlərinə baxan qadın artıq normal qəbul edilirdi. Modanın təşəkkül tapdığı dövr başlamışdır.

Uniseks adlanan geyimləri tibb bacıları, stüardessalar geyinirdilər. Bu geyim həm kişi həm də qadınlara aid olduğu üçün bu cür adlanırdı. Amerika modelyerləri stilləri qarışdırmaqla qane olmayaraq cinsi fərqidə aradan qaldırırdılar. Punk geyimlərində istifadə olunan zəncirlər, dəmirlər, iynələr əsasən dəri üst geyimlərində olurdu (şəkil1.7.). 1978 – ci ildən yaranan dəb 2016 – cı ildə də çox dəbli geyim hesab olunur. Bəzən rock stili kimi tanındı bu geyimlər. Musiqi həyatının təsirlənən moda 1981 – ci ildə də dəyişikliyə məruz qaldı.




Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin