Şəkil 1.8. “The Country Club” Kansas city
Devolvasiya olduğu bir zamanda qadınların geyim sevgiləri ölmürdü. Onlar hətta köhnə dəbdə olmayan geyimlərini yeni hala gətirərək geyinirdilər. Gözəl görünməyin yolunu tapmışdı bu xanımlar. 1929 – cu il modanın keçirdiyi ən ağır dövr idi.
Wall street böhranı 1929 – cu ilin oktabrda başladı. Dövlət büdcəsində azalan pul insanları yoxsul vəziyyətə salmışdır. Bu səbəbdən dəyərsiz hesab olunurdu.
1932 – ci ilin sonları böhran dahada artdı. Federal Rezerv devolovasiyanın heç cürə önün kəsə bilmədi. Geyimə ayrılmış büdcə artıq yox idi. İnsanlar işsiz qaldılar vaziyyət getdikcə ağırlaşırdı. 1933 – cü ildə işsizlərin sayı 8 milyona çatdı. Bu dövrdə artıq hər bir qadın tikişi bilməyə məcbur idi. Çünki geyimlər bərpa olunub yenidə geyinilirdi. Moda sözü bir müddət yoxa çıxdı. Hazır geyimlər demək olar ki, alınmırdı.
20 – ci illər köhnə modanı geri qaytarmağı bacardı. Geyimlər daralır, qol kəsikləri ilə çiyin məsafəsi azalırdı. Yüksək bel yenidən dəb oldu. Bu dövrdə kobud xəttlər aradan qalxdı. Qadın geyimləri ilə müqayisədə kişi geyimləri daha qabarır olurdu. Çiyinlər yana doğru enlənirdi. Kişi pencəklərinin hamısında vatkadan istifadə edilirdi.
Geyimə olan tələb hər an artırdı. Kişilərin geyimləri əsasən tünd tonlarda olurdu. Bu dövrdə yırtmac ləğv edildi.
Bəzi dövrlərdə qadınlar xəzləri yalnız özəl günlərində geyinirdilər. Lakin artıq gündəlik üst geyimi olmuşdur. Beret demode olduğu üçün onu əvəz edən cloche moda oldu (şəkil 1.9.).
Ayaqqabılar isə hər cür dəbə uyğun olurdu. Bəziləri rahatlıq üçün bəziləri isə gözəl göstəriş üçün idi. Bu zamanlarda evdə geyinilən ayaqqabılarda moda idi. Fərqli ayaqqabı dizaynerlərinin verdikləri eskizlər müştərilən tərəfindən bəyənildikdən sora hazırlanırdı. Geyinilməyən zövqə uyğun olmayan ayaqqabılar tikilmirdi.
Çantalar daha kiçik sadə olurdu. Çox zaman qadınlar ayaqqabıları ilə uyğun olan çantalardan istifadə edirdilər. Lakin bu fikir zaman keçdikcə modasının itirəcək.
Kişilər hər zaman rahatlıq istəyirdilər. Geyimdə idman tərzi ən çox istifadə olunan tərz idi. Gündəliyə geyinilən Dəri pencəklər hər bir geyimlə uyğun hesab olunurdu. İş geyimləridə dəri ilə öz yaraşma statusunu tapmışdır. Dəri pencəklə dəri ayaqqabı dəri kəmər dövrün romantik kişisinin modası idi.
Dostları ilə paylaş: |