2.2. Orta əsrlərdə modanın inkişaf tarixi
Orta əsrlərdə xarici təsirlərə məruz qalan tək insanlar deyildi. Geyimlər bu dövrdə kostyumdan və plaşdan ibarət idi. Bu dövrün kostyumları antik geyimlərə nisbətən daha sərt görüntüdə idi. İndiki zamanda olduğu kimi həmin dövrdə də kostyumlar bədən formasını uyğunlaşdırılmış, qol hissə biləyə qədər karandaş forma almışdır. Lakin geyimin aşağı hissəsi daha da genişlənmişdir. Dövrün kostumlaı sadəliyi ilə seçilir, müxtəlif rənglərdən istifadə olunmuşdur.
X – XI əsrlərdə almanlar roman üslubuna yiyələnmiş tunika geyimlərini özəlləşdirmişdilər. Kostyumlar hətta qadınlar arasında da geniş istifadə olunurdu. Bu kostyumlarda enli bel qayışlarının rolu böyük idi. Geyimdə yaratdığı gözəllikdə əlavə simvolik mənayada sahib idi. Bu cür geyinən xanımlar sədaqətlilik simvolunu üzərilərində daşıyırdılar. X əsrdən şəhərlər böyüməyə başlayır, inkişafı sürətlənirdi. X – XII əsrlərdə sexlər yaranırdı. Həmin bu sexlərdə parça toxuyan və parça tikən xanımlar işləyirdi. XII əsrdə kəndlərdə ev şəraitində toxunan parçalarnan dolanan ailələr hələdə var idi. Ərəb ölkələrindən XII əsrdən başlayaraq pambıq parçalar Almaniyaya və İspaniyaya aparılırdı. Gətirilən maldan pambıq parça istehsal olmağa başlayırdı. İpəkçilik sahəsi XII əsrin ortalarından Siciliya adasında məşğul olmağa başlamışdır. XIII əsrdə Fransa artıq ipək istehsal edirdi. Qərbi Almaniya isə zərif mahudun istehsalı ilə məşğul idi. Kobud mahud isə yalnız Skandinaviyada və Fransada idi. Həmin bu dövrdə artıq parçalar növünə görə ixtisaslaşırdı. XIII əsrdə kişi və qadın kostyumları ciddi və sərhədsiz idi. Artıq demək olar ki, kəndli, feodal və şəhərli kostyumları eyni formaya sahib idi. Təbəqələşmə bu zamanlar azda olsa aradan qalxırdı. Bütün geyimlər eyni ülgülü idi, yalnız onlar parçanın keyfiyyətinə, qiymətinə və üzərində olan bəzəyinə görə fərqlənirdi. Dahi Karlın zamanında geyimin rəngləri fərqli əmələ gəlirdi. Avropaya bu dövrdə Şərqdən yeni geyimlər gəlmişdir. Yeni dəbdə geyimlər öndən düymə bağlanır, baş geyimləri və s.gəlirdi. X-XI əsrlərdə qadınların geyindikləri kostyumlar Bizans geyimlərini xatırladırdı (şəkil 2.2.).
Dostları ilə paylaş: |