Moda dəyərinin strukturunun tədqiqi”


XVII əsr geyim üslubları və moda anlayışı



Yüklə 6,8 Mb.
səhifə24/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
2.3. XVII əsr geyim üslubları və moda anlayışı
XVII əsrdə Avropada otuz il davam edən müharibə geyimlərədə oz təsrini göstərmişdir. Müharibə dövründə ən modaya uyğun geyim hərbi kostyumlar idi. Dövrün modası olan düyməli plaşlar, uzunboğaz çəkmələr, lələklərlə və enli lent ilə bəzədilmiş şlyapalar geyinilirdi. Qadın geyimlərində olan metal korsetlər aradan qalxırdı. Onun əvəzinə ətəyin belin biraz daha yuxarı doğru qaldırılır və kişi modasının elementləri meydana gəlirdi.

XIV əsrdə hakimiyyətə gələn Lüdoviqin dövründə Fransada moda ən yüksək səviyyədə inkişaf edirdi. Onun hakimiyyəti dövründə yeni qadın peşəsi – Dərzilik yaranır. Dərzilik sənəti yalnız qadınlara aid deildir. Kişi kostyumlarını kişi dərziləri, qadın geyimlərini isə qadın dərzilər tikirdilər. Bu dövrdə baş geyimlərini, aksesualarını modelyerlər, alt geyim dəstlərini isə adi dərzilər tikirdilər. XVII əsrdə XIV Lyudoviqin idarəsi zamanı Avropada qanunvericilik Fransaya verilmişdir. Fransanın maliyyə naziri krujeva istehsalından gələn gələri görərək 1665 – ci ildə Alanson şəhərinə yaxın vilayətdə emalatxana açdırır. Bu emalatxana sırf krujeva istehsal edirdi. Lakin işə götürülən qadınlar bu sənət haqda məlumatı olmayan yerli əhali idi. Bunun üçün Venesiyadan 30 nəfər ustalar gətirildi və onlar bir il müddətində fransız qadınlara krujeva sənətini öyrətdilər. İstehsal olunan məhsul ilk öncə hökmdara təqdim olunurdu bunu bəyəndikdə o ölkəyə gələn krujevaların qarşısının alınması üçün əmr verirdi. Fransa krujevaları digər xarici ölkələrə ixracına başlayır. XIV Lyudoviqin şah – şöhrətini görənlə onun paxıllığını çəkməyə başlamışdılar. Fransa nəinki krujeva hətta yeni görünüşlü geyim bəzək əşyaları, əlcəklərin ixracı ilə məşğul idi. 1642 – ci ildə Parisdən Avropa ölkələrinə mumdan hazırlanan böyük və kiçik ölçüdə pandora gəlinciklər göndərilirdi. Bu pandoraların özünə məxsusluğu onda idi ki böyük pandora dövlət kostyumlarını, kiçik pandora isə sıradan insanların geyimlərinin reklamı idi. Padroda gəlinciklərinə olan maraq hətta müharibə zonasından keçdiyi zaman müharibə dayandırılırdı və gəlinciklər bu ərazidə keçdikdən sonra müharibə davam edirdi. Qadın modası XIV Lyudoviqin dövründə daha qabarıq şəkildə idi. Qadınlar fransa sarayının göz bəbəyi hesab olunurdular. Korset 1650 – ci ildən yenidən dəbə gəlir. Fransa həmişə olduğu kimi XVIII əsrdə Avropada moda sahəsində yenidən başçılıq edirdi. Bu günün ən dəbli geyimi olan hərbi geyimlər o zaman da moda idi. Lakin hərbçi xarakterini yumşaltmaq üçün bəzi tikiş hissələrinə krujevalar tikilirdi.

XVIII əsrdə Rokoko bədii stili yaranır. Rokoko – nəzakətli stil deməkdir. Bu stildə ayaq geyimləri, baş geyimləri daş – qaşlarla bəzədilirdi (şəkil 2.3).



Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin