Moda dəyərinin strukturunun tədqiqi”


Şəkil 3.2. “Kontrast” adlı kolleksiyanın afişası



Yüklə 6,8 Mb.
səhifə31/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   28   29   30   31   32   33   34   35   36
Şəkil 3.2. “Kontrast” adlı kolleksiyanın afişası

Bu kolleksiyanın işlənməsində diqqət yetirilən bəzi amillər vardır. Hər bir kolleksiya olduğu kimi burada da mövzunun əyani işlənməsinə diqqət yetirilib.

Model formalarınında işlənməsində yeniliklərdən istifadə olunmuşdur. Üslub aydınlığıda mövzu çərçivəsində modellərin işlənməsi ilə nəzərə çatdırılıb. Kolleksiyada əlbətdəki modellərin kompozisiyası qurulub və uyğunluğuna diqqət edilib. Süjet xəttinin olmağıda kolleksiyanın başlıca əlamətlərindəndir. Buna bəzən model kolleksiyasının ssenarisidə deyilir. Nümayişdə ssenari və rejissor işi. Təbbi ki, burada modelyer – ressam aid olan bütün məlumatları nəzərə çatdırır.

Kolleksiyanın afişası ondan ötəridir ki, hər hansı bir təqdimatda cəmiyyətin öncədən baxış haqqında fikirin formalaşmasıdır. Hər bir kolleksiyada maximum üç geyim təqdim olunmalıdır. Yuxarıda qeyd etdiyim kimi burada da rəng çalarları , kəsimlər , parçanın materialı bir – birinə aid olmalıdır. Bu kolleksiya dörd geyimdən ibarətdir. İsifadə olunan rəng sayı üçdür. Kostyumların rəng seçimində əsas üç tondan; ağ, qara, qırmızı rəngdən istifadə etmişəm.

Ümumiyyətlə, kostyumlar xüsusi geyim biçimində, bağlı və qeyri-adi geyim karakteri daşıyır. Əgər modellərə diqqətlə fikir versək görərik ki, geyimin bütün hissələri bizə sanki hər hansı bir naxışın böyüdülmüş həndəsi fiqurları xatırladır. Belə ki, qol, ətək və baş hissələr silindir və yarımdairə, bel və kürək nahiyyələr əsasən sadə düz kəsimli, sinə hissələri üçbucağı,ayaqlar isə uzun şlef, qələm ətək və bir daha silindiri yada salır.

Öndə qeyd etdiyim kimi, geyimlərim qeyri – adi karakter daşıyır. Və material seçimində də daha çox strec və göz yormayan parçalardan istifadə etmişəm. Daha dəqiq desək kənardan nə qədər ciddi və ağır üslubu xatırlatsa da, mənim üçün bir o qədər sadə və yüngüldür.

Modellərin hər biri haqqında lakonik məlumat vermək mümkündür. Lakin nəzərə alsaq görərik ki, kolleksiyanın dörd modeli tamamiylə biri – birindən fərqlidir. Onlar aşağıda qeyd olunub:


  1. İlk olaraq birinci modelim ümumi ritmi tutaraq qara, ağ, qırmızı rənglərin şüurlu surətdə qarışığıdır. Belə ki, bu modeldə qabarıqlığı çiyindəki yarimdairəvi iki rəngli və iki fərqli qol, daha sonra yupkanın üzərində yerləşən üç rəngdən ibarət stilizə olunmuş naxış formalı element yaradır. İlk modelimdə diqqəti cəlb edən ümumilikdə rənglərin bir – birilərini sərbəstliklə davam etdirib tamamlamasıdır.

Ümumiyyətlə, bütün geyimlərdə diqqətin bədənin hər iki hissəsində (yuxarı və aşağı) toplandığı nəzərə alsaq görərik ki, bu model də istisna deyil. Belə ki, modelin qabarıqlığı onun çiyin hissəsindən başlayır. İlk öncə deyə bilərəmki çiyindəki yarım silindirik forma geyimə daxilinnən keçən nazik plastik materialla bəndlənmişdir.Bütün modelə ağ parça daha da fərqli görünüş verir. Qara parça isə bütün geyimi əhatə edir. Qırmızı parça isə geyimi celbedici, gözoxşayan, fərqli göstərir.

Bütün bunlardan əlavə olaraq geyimin ayaq hissəsini qara parçadan hazırlanmış botik tamamlayır. Çətin və mürəkkəb lekalla hazırlanmasına baxmayaraq geyimin insanda yaratdığı ilk təəssürat naxışların sərbəst rəqsidir. Onu da qeyd edim ki, dizə kimi olan corab ayaqqabının üzərindən geyinilib. Belə olduqda modelin görünüşü daha da bütöv və maraqlı baxılır.



  1. Digər modelim də eyni ilə ilk modelim kimi yarimdairəvi formadan və digər elementlərdən ibarətdir. Belə ki, geyim digər modelimdə olduğu kimi üç rəngdən ibarətdir. Yalnız bir fərqi var oda ki, ağ parçanın üzərindəki qara nöqtələrdir. Buda geyimi digərlərindən fərqli göstərir.

Bu geyimdə özünə məxsus kəsimləri və lekalı var. Geyimin biçimi birinci modeldən fərqli olaraq yuxarı hissəsində sərt kəsimlər və qolun qeyri tərzdə tikilişi nəzərə çarpır. Qolu dahada fərqli edən yalnız bir tərəf üçün nəzərdə tutulan üç rəngdən, üç parçadan və hər birinin kənari qara kantla tikilən halqavari formalardır. Geyim ətəkdən və koftadan ibarətdir. Ətək hissəyə keçdikdə isə onu deyə bilərim ki, ən əsası ətəyin qeyri-adi tərzi modelin ümümi görünüşünə özünə məxsus fərqlilik qatır. Ümumi görünüşə baxdiqda sadə kəsimli ətəyi mürəkkəb edən üzərində bel hissəyə tikilən yarimdairəvi formaya oxşar element tamamlayır. Yuxarı hissəni tamamlayan bu detal heç bir geyimimdə istifadə olunmamış qeyri - adi elementdir.

Ayaq hissəni isə dörd dairəvi formalı yalnız qara rəngdən ibarət element əlavə etmişəm. Ümumi görünüşü tamamlayan sonuncu aksessuarım isə ayaqqabıdır. Sadə heç bir detaldan istifadə olunmamış ayaqqabı bu geyimə özünə məxsus sadəlik verir.



  1. Bu modelim digər geyimlərdən demək olar ki, tam fərqlənir. Onu ilk öncə dəyişik edən geyimin ətək hissəsinin tam bağlı olmasıdır. Görünüşün yuxarı hissəsinə baxdıqda isə digər geyimlərlə eyni kolleksiyaya aid olduğunu görə bilərik. Digər modellərdə olduğu kimi burada da əsas rəng kimi qara seçilib. Qırmızı və ağ parçaynan alınan formalar isə geyimdə sanki naxışların hərəkətdə olmasını simvolizə edir.

Geyimin kəsimi sadə platyanin lekalıynan kəsilib və tikilib. Ətək hissənin dairəvi qalması üçün alt hissəyə xüsusi elastik materialdan hazırlanmış astar tikilib. Buda ətəkdə olan elementlərin tam görünüşü və daha aydın baxışı üçün nəzərdə tutulub.

Modelin çiyin nahiyəsi üçkünc yaxalı və ətrafi qirmizi parçaynan haşiyə olunub. Qol kimi isə yarimdairəvi iki üzlü forma geyimin yaxa hissəsinə birləşdirilmişdir. Ətək hissədə olan qeyri – adi naxış demək olar ki, geyimin aksent hissəsidir. Bu geyim sadə olduğu kimi həmdə qeyri – adi, göz yormayan, insanı ilk baxışdan cəlbedən, kolleksiyanı tamamlayan üçüncü geyimdir. Ayaqqabı seçimi isə tam sadə heçbir detal işlədilmədən istifadə olunacağ.



  1. Sonuncu geyimim ətəkdən və koftadan ibarətdir. Digər modellərimdə olduğu kimi burada da, üç rəng parçadan istifadə olunmuşdur. Fərq isə ikinci geyimimdə olduğu kimi ağ parçada olan qara xətlərdədir. Bu parça geyimdə ətəyin yan hissəsində koftanın isə yalnız ön hissəsində istifadə olunub. Ətək sadə kəsimli olub orta hissəsi ağ və qara parça ilə maraqlı forma almışdır. Uzunluğu isə dizin altına kimidir. Qələm forması verilib ətəyə. Kofta sadə düz kəsimli olub yalnız bir detalla qabarıqlığı özündə cəmləmişdir. Bu forma digər modellərdə olduğu kimi yarımdairəvidir. Geyimdə varatnik həm də qol rolunu oynayır. Qırmızı rəng bu geyimdə də öz aksentliyi ilə seçilir. Varatnikin şaxlığı üçün içərisindən xüsusi elastik material keçirilib. Bu da ona daha şax qalması üçün və maraqli forma almasına imkan yaradıb. Və məhz bu detal geyimin aksenti sayılır. Geyimdə istifadə olunan iri formalar fikrimcə ümumi görünüşə heçbir xərər gətirməz. Ayaqqabı seçimi sadə seçilib və geyimin tamamlanması üçün bir aksesuardır.(şəkil 3.3.)





Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin