Moda dəyərinin strukturunun tədqiqi”



Yüklə 6,8 Mb.
səhifə6/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   2   3   4   5   6   7   8   9   ...   36
NƏTİCƏ VƏ TƏKLİFLƏR....................................................................................72

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI..............................................78

GİRİŞ
İnsanlar qədim zamanlardan geyimi artıq düşünülmüş geyinirdilər. Geyimə təsir edən bəzi ünsürlə və hadisələr var idi. Müharibələr, din xadimlərinin görüşləri və bəzi mühüm hadisələr modanın ləngiməsinə səbəb olurdu. Modanı bəzən cəmiyyət məcburi insanları dəyişikliklərə məcbur qoyan müvəqqəti yenilikdə adlandırırdılar. Lakin yaranan cərəyanların bəziləri uzun müddət davam edib tarixi kök salmışdır. Geyimin tarixi sivilizasiyası, əxlaq anlayışları iqtisadi vəziyyətləri araşdırmalar nəticəsində ortaya çıxmışdır. Moda hər dövrdə bir cür olub. Bəzən adətə çevrilərək uzun zaman davam edib, bəzən isə tamamiylə sıradan çıxmışdır. Modelyerlər arasında ən aktual problemi isə milli geyimləri müasir geyimdə tətbiq edib insanlar arasında uzun müddətli dəbə çevirmək idi. Modanın qorunub saxlanılması üçün həmin dəbin bünövrəsinin olmağına və elmi – tədqiqatın əsaslarına ehtiyac duyulurdu.

Azərbaycan geyimlərinin Avropada nümayişi çox zaman milliliyi və dəb – dəbəli görüntüləri ilə mətbuatda geniş yer tuturdu. Dövlətimizin hər yöndə sürətlə inkişaf etdiyi zamanda dünyada moda üzrə də tanınması nailiyyətimizdir. Dünya səviyyəli təşkil olunan tədbirlər artıq gündən – günə artır. Burada nəinki xaricdən gələn modelyerlər hətta yerli modelyerlərimiz işidə onlardan geri qalmırdı. Daima bizim etnik mədəniyyətimizi təbliğ etməyə çalışan modelyer – rəssamlar əsasən geyimlərində ornamentlərdən və etnik motivlərimizdən istifadə edirdilər. Dünyaca məşhur dizayner modanın mərkəzi olan İtaliyadan gələn Renato Balestrandır. Bakıya 2014 – cü ildə gələn modelyer öz geyim kolleksiyasını Heydər Əliyev Mərkəzində nümayiş elətdirdi. O öz kolleksiyasıni təqdim etməklə Azərbaycan cəmiyyəti üçün qeyri – adi gecə yaşatdı. Geyim kolleksiyasında öz dəsti xətti olan dizayner geyimlərinin satışınıda məhz Azərbaycan da gerçəkləşdirdi. O, yerli dizaynerlərimiz ilə görüş təşkil edərək öz məsləhətlərini fikirlərini və modanın özəl xüsusiyyətlərini danışırdı.

Həmin moda gecəsində məşhur model İrina Şeyk də dəvət olunmuşdur. Qonaqlar arasında sənət adamları, mətbuat işçiləri və xarici jurnalistlər də iştirak edirdilər.

Modelyerin bizim milli motivimiz olan “ Nar “ dan istifadə etdiyini geyimlərdə görmək mümkün idi. Əslində isə R.Balestranın Azərbaycana gəlişi Şərq modası ilə Avropa geyimini birləşdirərək yeni cərəyan yaratmaq idi. Nar motivinin açıqlanması bərəkət, bolluq, məhsuldarlıqdır.

XXI əsrdə dünyada keçirilən moda tədbirlərinə qatılan Azərbaycanlı modelyerlər geyim kolleksiyalarını məhz burada tanıdaraq dünya modasına göstərirdilər. Maraqla qəbul edilən bu modellər bəzən xaricdə satış üçün də təkliflər gəlirdi.

Dissertasiya işində Azərbaycan milli geyimlərinin dəbdə olması, gündəlik geyimlərin, idman üslubu haqqında geniş məlumat verilib. Hətta qədim zamanlardan Azərbaycan da olan ipəkçilik və dövrümüzün parça istehsalı da öz mənşəsini qorduğu dövrlərdən də bəhs olunur.

Burada araşdırılan məsələlər aşağıda qeyd olunub :


  1. Moda dəyərlərinin komponentləri

  2. Modanın yaranmasında əsas bəlkədə başlıca səbəb parça

  3. Geyimin layihələndirilməsi

  4. Azərbaycan modası və bu sahədəki nailiyyətəri

  5. Müasir dövrdə moda dəyərlərinin nizamlanma mexanizmi

Arxiv sənədlərin yığılması ilə tədqiqat informasiyaları işlənmə metodları araşdırılmışdır. Bazada olan moda haqqında məlumatlar yaranmış geyimlərin təkamül dövrlərindən xəbər verir.

Azərbaycan da inkişaf edən moda Avropa etnik xüsusiyyətləri mənimsəyərək qavramışdır. Hətta yaradılan kolleksiyalarda milli motiv ilə sintez olunan Avropa stili çox qeyri fərqli podium geyimlərinə çevrilmişdir. Modanın özünə məxsus qanunauyğunluqları, xüsusiyyətləri, bölümləri vardır. Bəzən sadə əhali istifadə etdikləri geyimlərin podiuma aid olduğunu bilmirdilər. Bunu anlayan moda insanları dəbə aid jurnalların istehsalına başladılar. Moda jurnalları tirajla satışa çıxarıldı demək olar ki satışı digər jurnallara baxdıqda iki dəfə çox idi. Buna səbəb isə qadınların modaya olan maraqları idi. Bu cür jurnalların içərisində gündəlik geyim formaları təqdim olunurdu. Ziyafət geyimləri ilə podium geyimləri arasında olan fərq artıq başa düşülürdü. Lakin qadınlar üçün moda təsəvvür etdiyimizdən də çox həyatlarını bürümüşdü. Qəbul edilən tək şey isə əvvəllər insanlara qoyulan sərt kəskin düşüncənin artıq olmaması idi.

XIX - XX əsrdə Azərbaycan modasının estetetik və bədii xüsusiyyətləri araşdırılaraq müasir şəraitdəki istifadəsi haqqında geniş məlumat toplandı. Tədbirlərin kompleks tədqiqi dissertasiyanın elmi yeniliyi hesab edilə bilər. Dissetasiyada olan bəzi təklif və nəticələrdən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “geyim dizaynı” fakültəsinin həm də Azərbaycan Dövlət İqtisad Universitetinin “dizayn texniki estetika” fakültəsində istifadə oluna bilər. Buradakı araşdırnalar hətta moda evlərində (butik) belə keçilən mühazirələrdə oxuna bilər.

Dissertasiya işlərinin qanunlarına uyğun yazılan bu formada üç fəsild, referat, istifadə olunan ədəbiyyat siyahısı və nəticə təkliflərdən ibarətdir.




Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin