Moda dəyərinin strukturunun tədqiqi”


II Dünya müharibəsindən sonrakı dövrün moda üslubu



Yüklə 6,8 Mb.
səhifə14/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
II Dünya müharibəsindən sonrakı dövrün moda üslubu

Modanı alt üst edən bu dövr artıq demək olar ki başladı. II dünya müharibəsi hər bir sahə də öz təsirlərini göstərirdi. Modanın mərkəzi artıq Fransa deyildi. Almaniya modanı ələ alaraq öz geyim tərzlərini yaradırdı bu dövrdə. Fransız modelyerlər Berlinə köçərək öz butiklərini açdılar. Berlin dünya üzrə modanın mərkəzi şəhər adını qazana bilməsə də bir müddət ağalığını davam etdirə bildi. Lakin müharibədən öncə səyahətə çıxan Nyu – York modelyerləri Atlantik okeanda gəzinirdilər. Amerikanlar hər il Fransada təşkil olunan moda gecələri, dəfilələrə qatılaraq burada olan stilləri və yeni cərəyanları mənimsəyərək geri dönürdülər. Nyu – York modelyerləri geri qayıtdıqda artıq kopyaladıqları geyimləri yaratmağa başlayırdılar. Əsasən idman geyimlərinə üstünlük verirdilər. Dünya bu stil üzrə getməyə başladı artıq. Parça anbarları 1941 – ci ildən hökümət tərəfindən müsadirə edildi. Süni parçaların istehsalı artdırdı buna səbəb isə ona olan tələbat idi. Neylon corablar geyinilmirdi artıq.

Hərbi geyimlərin tikilməsi üçün lazım olan parçalar az idi. Bunun üçün yun tədarükü 100000 ton fərqi ilə aşağı salındı. Yuna olan tələbat həddən artıq çox idi. Süni parçalarda istifadə edilən süni iplər istehsal olunurdu. Demək olar ki, süni ip bütün dünya ölkələrində hazırlanırdı. Süni ipək və viskoz yaxşı əvəzləyici deyildir. Keyfiyyətsiz olan bu iplərdə geyimlər tikilirdi. Lakin əvvəl olan ipəklərdən fərqli olaraq nazik olduğu üçün isti saxlamırdı. Elastikliyi olmayan bu parçalar satışı zəiflədirdi. Dəbdə olan idman üslubla paltarlar hər bir yaş həddi üçün nəzərdə tutulurdu. İlk dəfə bu geyimlərin satışına Amerikanın kiçik şəhərciklərində dəbə mindi.

1944 – cü ildə Almaniya Parisi özünə qataraq dünyada yeni moda səhnəsi yaratdı. 53 fransız modelyer birgə moda sərgiləri təşkil etdilər. Bu cür moda nümayişləri demək olar ki dünyanın cox hissədində keçirildi. Müharibədən sonra demək olar ki insanlar modadan tamam uzaqlaşmış vəziyyətdə idilər. Qadınlar yamaqlı köhnə geyimlərindən artıq çox sıxılmışdılar. Romantik abu – hava yaradan modelyerlər qadınların sanki ürəklərini oxumuşdular. Əvvəllər moda olan köbəli donlar yenidən moda olurdu. Bu cür geyimlər ilə neylon corablar da geyinirdilər. Korsetlərdən istifadə edən xanımlar onu geyimin üstündən geyinərək donu iki hissəyə ayırmış olurdular.

Müharibə qadın geyimlərinə təsir etdiyi qədər habelə kişi geyimləridə bundan təsirlənərək mənfi təsirlərə məruz qalmışdır. Geyimlər də formalar bütövlük təşkil edirdi. Yəni tikilən paltarlarda kəsik daha az və uzun olurdu. İnsanlar müharibə zamanı qıtlığı qəbul etmirdilər. Müharibədən sonra insanlar bolluğa düşmüşdülər. Onların bu cür yaşam tərzi geyimlərdə də özün göstərirdi. Uzun palto geyinən insanlara imkanlı şəxs kimi baxırdılar.

Geyimlərdə batika parçalar dəbə gəlirdi. Batika parçalar üzərində boyalarnan işlənən növdür. Batika şifon , kətan , cins materialların üzərində işlənilir. Şifon parça üzərində hər hansı rəsmi çəkməmişdən öncə rezerv deyilən sulu maye ilə konturlar çəkilir. Bundan sonra rənglər həmin kontur haşiyələrin içərisinə doldurulur. Bu cür texnika üsulu qədimdə yaranmışdır. Və çox geniş yayılmışdır. Parça üzərində olan rəsm yuyulduqda getməsin deyə onu duzlu və yaxud sirkəli suyun içərisinə qoyurlar. On dəqiqə gözlədikdən sonra material götürülüb yaxalanır və qurudulur. Batikada digər üsul isə şam ilə hazırlanır. İlk öncə parça taxtanın üzərinə keçirilir şam əridildikdən sonra lazımi hissələrə vurulur. Quruyan şam parça rəngləndikdən sonra təmizlənir və yuyulub qurudulur. Batikalı parçalardan əsasən üst geyimlərdə aksesuar hesab olunan qalstukda istifadə edilirdi. Bəzən sifariş olunan rəsmlərdə olurdu ki, digər sadə batik içlərinə görə qiymət fərqi olurdu. Bu işlə əl qabiliyyəti olan insanlar məşğul idi. Daha sonra həmin parça dərzilərə verilib tikdirilirdi (şəkil 1.6.).





Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin