Moda dəyərinin strukturunun tədqiqi”


Şəkil 2.3. Rokoko üslublu qadın geyimi



Yüklə 6,8 Mb.
səhifə25/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
Şəkil 2.3. Rokoko üslublu qadın geyimi
Fransada Roza Bertenini “modanın naziri” adı verilmişdir. Yeganə modelyerdi ki, kraliçaya həftədə iki dəfə don və şlyapa modelləri təqdim edirdi. Rokoko kişi geyimləri də dövrün məşhur kişi dərziləri tərəfindən tikilirdi (şəkil 2.4.)

Şəkil 2.4. Rokoko üslublu kişi geyimi
Böyük Fransa inqilabı dövründə qadın və kişi geyimləri zamanının ən yüksək dəbi hesab olunurdu.

2.4. Moda dəyərlərinin komponentləri
Moda dəyərlərinin komponentləri geniş mövzu olduğu qədər həmdə problemləri ilə çox olacağ. Modanın müasirliyi əslində onun fundamentallığınnan irəli gəlir. Demək olmaz ki moda tarixi məhsul deyil. Bu düşüncə tamamiylə yalnışdır. Bu hər zaman belə olacaq çünki dövrümüz bu cür qeyri adilikləri görmək və modalarında tətbiq etməyə çalışırlar. Müasir moda bəzən hökmdarlıq etdiyi arxaik cəmiyyətləri qeyri – kafi qəbul edirdi. Nəinki icazə hətta bəzi nümunələr varki onun satışına belə icazə yoxdur.  Keçmişin bəzi modaya qarşı cəzalarına misal gətirmək olar ki, niklərin saç formalarını sadə kəsdirməkləri ölümlə cəzalandırılırdı.  Lakin bu indiki zamanda gülünc yaradacaq mövzu kimi anlatıla bilər. Hindistanda isə rəqs ilə müşahidə edən müğənninin ani yalnışı onun ölümü ola bilər. Bu cür qayda qanunların olmasına baxmayaraq əcdadlarımızın vəsiyyətlərinin çox hissəsi yüksək dəyərləndirilir dövrümüzdə. Ümumiyyətlə müasir moda standartları mənbələrini keçmiş ənənələrdən yararlanırlar. Xapuqina anlayışı modadan geri qalmamaq üçün köhnə dəbin dalınca qaçıram mənasını verir. Bəzən köhnə düşüncələr aktuallaşır, lakin hazırki ilə işarə olunur. Və hal hazırda da artıq bu stil geniş yer aldığını unutmayaq.

Modalı illər bəzən olması sosial yaddaş ilə bağlıdır. Yəni keçmiş modanın yaddan çıxması və standart moda dəyərlərinin yada düşməsi. Moda iştirakçıları sayəsində həm yaddan çıxmış nümunələr həm də köhnələrin bu dövrdə qəbul edilməsi. Bu dövrlər haqqında artıq danışmaq mümkündür. İnsanlar əsasən yenilik arxasınca getmək istəyirdilər. Lakin modelyerlər bunu o qədərdə normal qarşılamırdı, çünki yeni stillərin yaranması vaxt tələb edirdi. Onun üçün də bəzi modelyerlər keçmişdən yararlanaraq öz yeni müasir stillərini yaratmaq cəh edirdilər. Lakin həmişə müsbət nəticə əldə olunmurdu. Bu cür prosedura bəzən stilizə olunmada deyilirki keçmiş stilin müasir stildə tətbiqi.  Bütün dünya ölkələrinin keçmiş geyim formaları hər zaman yeni ilə qarşılaşdırılmırdı.

Tanınmış amerika əsilli psixoloq E.Boqardus deyirdi: “İnsanın moda aləmində yeni stillərə meyl etməsinin böyük əhəmiyyəti var. İnsanlar eynilikdən bezərək ehtiraslı yeniliyə can atırlar”.

Alman psixoloq və sosioloq R.Keniq düşünür və iddia edirdi ki, insanın yeniliyə cəhd etməsi artıq xassə halını alıb. Modanın insan həyatının maraqlarını təzahür edən forma olması fikrini daima insanlara və mediaya çatdırmışdır. Əlbətdəki moda elə sahədirki daim axtarışda olmağı qeyri-adiliyi və əvəzolunmazlığı sevir. Modanı daha dərindən öyrənsək görərik ki, fərqli ilin modelyerləri fərqli geyim kolleksiyaları ilə yadda qalmışlar. Bəzən gənc modelyerlər kollaj texnikasını geyimdə tətbiq edərək fərqli görünü əldə edirlər. Kollaj eramızdan əvvəl II əsrlərdə yaranmışdır. Bu tarix Çində kağızın yaranması dövrünə təsadüf edir. Kollaj texnikası incəsənətdə çox nadir hallarda olurdu. Təxminən X əsrə qədər. Avropada tarixi XIII əsrdə yəni bir qədər gecdir. Bəzi elmi araşdırmalar isə kollajın tarixini modernizm meydana gəlməsi ilə əlaqədarlandırır. İlk dəfə bu texnikadan fransız rəssam Jorj Brak , daha sonra isə həmfikirlisi Pablo Pikasso istifadə etmişdir. Demək olar ki onlar illərnən bir yerdə çalışdılar. Kollajın növləri çoxdur onlara misal olaraq flokistik kollaj, fotokollaj, videokollaj və digərlərini misal gətirmək olar. Bəzən bu kollajların tamamlanmasında akvareldən , tuş və yağlı boyadan istifadə edirdilər. Moda aləmində isə kollajın böyük rolu ondan ibarətdir ki, bəzi modelyerlər geyim kolleksiyalarından istifadə edirdilər. Tamamiylə podium geyimi hesab olunan bu cür kolleksiyalar insanlar tərəfindən maraqla qarşılanırdı.

Modanın yaranmasında əsas bəlkədə başlıca səbəb parçadır (şəkil 2.5.). Parçanın tarixi modadan daha öncə yaranmaşdır. İnsan həyatında gündəlik həyatda mühüm yer tutur parça. Tarixi araşdırmalar göstərir ki, ilk dəfə Hindistanda və Çində yaranmışdır parça. Hətta burada parçaların istehsalından əlavə boyanması və bəzək vurulmasıda məhz burda olmuşdur. Yunan tarixçisi Herodotun yazdığı mənbələrdə isə Azərbaycan ərazisində də yun parçaların olduğu yazılıb. Bitki mənşəli boyalardan istifadə də qədim zamanlardan olub. Dekorativ tətbiqi sənət Azərbaycanda geniş yer tutur. Eramızdan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərindən qalan ən qədim nümunə parçalar gəlib dövrümüzə çatmışdır. Ölkəmizdə inkişaf edən parça istehsalı artıq əmtəə istehsalı fəaliyyətinə çevrildi. Əsil parça istehsali isə III – V əsrə təsadüf edir və artıq inkişafa təkan verir. Xammalın mövcudluğu imkan yaradırdı ki, ölkə də pambıq, yun və ipək istehsal olunsun. Digər sənaye sahələrindən fərqli olaraq ən qədim tarixə ipəkçilik sahəsi malik idi. Lakin ipəyin xammalı olan barama Azərbaycanda olmadığı üçün bu V əsrdə baş tutur. Barama Azərbaycana gətirilir. Hətta sonralar Azərbaycan ipəyi digər xarici ölkələrə ixrac olunmağa başladı.



Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin