Şəkil 3.1. Üst təbəqənin geyimi
Şəkildə əks olunan rəsm əsəri sadəcə eskizdi. Lakin çox dəbdəbəli formada çəkilən bu eskiz artıq üst təbəqə üçün nəzərdə tutulmuş geyimdir.
Bəzi geyimlərə nəzər yetirsək görərik ki,geyim yalnız gözəl parçadan deyil onun üzərində olan əl əməyinində böyük rolu vardır. Qədim zamanlarda belə xanımlar daha gözəl və özəl görünmək üçün geyimlərində muncuqlar ilə naxışlar tikirdilər. İndiki zamanda da yüksək qiymətləndirilən bu cür geyimlər butiklərdə xüsusi şəxslər tərəfində tikilir.
Bəzən bir anda dəb olan geyimlər məhz bu cür butiklərdə hazırlanan geyimlər sayəsində olur. Bu cür geyimlər yalnız moda sərgiləri üçün nəzərdə tutulmur. Özəl günlərdə, ziyafətlərdə geyinilən modellər olur.
Moda hər an dəyişir keçmişlə indiki zamanın dəbini özündə birləşdirə bilir. Modanın marketinqi bəzən dəblə geyinməyən insanı yeni formaya salmağı təmin edəcəyinə zəmanət verir. Moda hərtərəfli inkişafdadır. Bu özünü günümüzdə aktual əsas sahə hesab olunan elektron mediada da göstərir.
Ən əsas moda daşıyıcısı əlbətdəki qadındır. Bu gün ən ideal qadın çalışan öz iş sahəsinə quran qadındır. Artıq evdar qadın düşüncəsi demək olar ki, şüurdan kənar qalır. Müasir qadın tək işinə görə deyil geyiminə görə də cəmiyyətdə öz sözünü deməyi bacarır.
Moda yalnız yenilər ilə kifayətlənmir. Bəzən retro və vintage tərzlərini özündə birləşdirməyi bacarır. Retro (geri qayıdış) stili ilə bəzən günün ən dəbli forma strukturunu özündə birləşdirə bilir. Bu artıq yeni imza deməkdir. Nəinki retro hətta vintage (keçmişə dair) tərzinidə tamamiylə fərqli formaya salmagı bacarır. Bu cür dəyişiklik keçmiş dəbin yeni ilə stilizə olunması deməkdir. Moda nümayişləri keçirilən zaman insanları özünə cəlb edən ən çoz məhz bu cür geyimlər olur. Çünki insanların göz yorucu deyil daha fərqli və tarixi məna kəsb edən geyimləri izləmək istədikləri açıq aşkardır. Qiymətli daş-qaşlarla bəzədilən bu cür geyimlər hətta satışa belə çıxarılır. Modelyerin bu cür geyimlərə verdiyi əziyyət, əl əməyi əlbətdəki əvəzedilməzdir. Bəzən isə bu cür geyimlər yalnız vitrin üçün nəzərdə tutulur ki, satışını modelyer qadağan qoyur. Vitrində yerləşdirilən qiymətli geyim həmin butikin artıq reklamı deməkdir. Modelyer cəmiyyətə,ətrafdan keçən insanlara statusunu məhz bu cür çatdırır.
Modanın cazibəsi yalnız podiumlarda deyil gündəlik həyatda da insanlara əks olunur. Küçə tərzi geyimlərinə bəzən gundəlik geyimdə deyilir. Bu tərz əsasən rahatlıq, sərbəstlik xüsusən də sadəliyə üstünlük verir. Yaşadığımız bu dövrdə insanlar tamam sərbəst geyinirlər. Nəzərdə tutulan sərbəstlik stil baximnandır. Çünki qanuni olaraq heçkimin tərzinə qadağa qoyulmayıb. Müasir modanın ən özəl səbəblərindəndir. Bu tərz şəhərli insanlar tərəfindən yaradılmış stildir. Bu geyim stili qisa ömürlü olur. Səbəb isə tez- tez dəyişikliyə məruz qalmasıdır. Hər bir stilin özünə aid dəyişiklik səbəbləri və yayılma xüsusiyyətləri vardır. Küçə tərzi hər bir dövrdə olmuşdur. Və bəzən yüksək təbəqələri insanlardan bu stildən istifadə etmişlər. Başlıca səbəb isə cəmiyyət arasında tanınmaz halda görünmək idi. Lakin bu o demək deyil ki, onlar həmişə məhz bu səbəbdəb bu tərzdə geynirdilər. Rahatlıqları və bəzən də istifadə etdikləri stildən bezdikləri üçün. Yolverilməz hərərkət hesab olunmur onların bu cür geyimi tərcih etməkləri. Keçmiş zamanlarda isə sadə cəmiyyətin arasına daxil olmaq üçün küçə tərzində geyinirdilər yüksək təbəqəli insanlar.
İdman stili bəzən insanlar tərəfindən küçə stili ilə sintez olunur. Bu həm rahatlığı təmin edir həm də görüntücə fərqlilik yaradır (şəkil 3.2.). Təqdim olunan şəkildə idman kolleksiyası əks olunmuşdur. Hətta idman geyimlərinində podiumda cəmiyyətə təqdimat gecələri olur. İdman üslublu geyim küçə tərzi ilə bəzi cəhətlərdə biri birilərinə yaxındırlar. Burada insanın hərəkət edən zaman rahatlığı düşünülmüş və geyim forması sərbəstliyi ilə seçilir. Həmçinin bu geyimdə bədən quruluşunun forması, qaməti, nəzərə çarpdırılır. Bu geyimdə konstruktik kəsimlərdə fərqli olur. İstifadə olunan qol biçimləri isə bunlardır: sadə qol, reqlan qol və ya fərqli quraşdırılmış. İdman üslublu geyim müxtəlif formalarda olur. İdman geyimləri demək olmaz ki, tamamiylə sadədir. Burada da digər üslublarda olduğu kimi fərqli biçimlər və dekorativ cizgilərdən də istifadə olunur. Bu dekorativ cizgi bəzən həmin idman növünü fərqli göstərən loqoda ola bilər. Parça seçimi isə standart olmur. Bəzən strec (yəni elastik) bəzən isə pambıq parça olur. Bu geyimlərdə üst ciblər, kəmərlər, koketkalar,monjetlər və müxtəlif bükmələrdəndə istifadə olunur.
Dostları ilə paylaş: |