Moda dəyərinin strukturunun tədqiqi”


Şəkil 3.4. Fəxriyyə Xələfova (modelyer)



Yüklə 6,8 Mb.
səhifə33/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   28   29   30   31   32   33   34   35   36
Şəkil 3.4. Fəxriyyə Xələfova (modelyer)



Şəkil 3.6. Gülnarə Xəlilova (modelyer)
Azərbaycanı xarici ölkələrdə tanıdan modelyerimizdən digəri isə Gülnarə Xəlilovadır (şəkil 3.6.). Xanim modelyer Gülnarə Xəlilova İstanbulun məşhur modelyeri olan Yıldırım Maykurun 50 illik yaradıcılıq fəaliyyətinin özəl olaraq dəvət olunmuş yeganə modelyerimizdir. Gülnarə Xəlilova modelyer olmaqdan əlavə sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru adınada layiq görülüb. 2006 – ci ildə o ilk dəfə olaraq Azərbaycan da Milli Geyim Gününün qeyd olunması haqqında fikir irəli sürüb. Azərbaycan da kənar bir çox xarici ölkələrə öz kolleksiyaları ilə qatılmışdır. Digər modelyerimizdən fərqli olaraq o milliyin gündəlik həyatımızada qarışmasının tərəfdarıdır. Modelyerin işləri hal – hazırda bəzi xarici ölkələrdə nümayiş olunmaqdadır.

Qeyd etmək lazımdır ki Azərbaycana gələn xarici modelyerlərində sayi az deildir. Yerli modelyerimizin üçün müsbət hesab olunur bu cür görüşlərin keçirilməsi. Bu cür modelyerlərdən biri məşhur italyan dizayneri Renato Balestrandır. Heydər Əliyev Mərkəzində keçirilən moda sərgisi artıq demək olar ki bir çox ölkələrdə duyuldu. Əlaqələrin genişlənməsi üçün bu cür modelyerlərin ölkəmizə gəlməsi müsbət hesab olunur. Hətta Türkiyənin dünyaca məşhur modelyerləri məhz Azərbaycan modası ilə bağlı müsbət fikirlər söyəmişlər.

Artıq nəinki tanınmış modelyerlər hətta yeni – yeni bu sənətə gələn modelyerlərimizdə özlərini bir çox moda müsabiqələrində sınayırlar. Moda sərgiləri artıq geniş yayılırdı.Buna misal olaraq mənimdə iştirak etdiyim və qalib olduğum 2014 moda festivalı haqqında məlumat vermək istərdim.

13 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Moda Festivalı” layihəsinin moda nümayişi keçirilmişdir. Açılışda çıxış edən layihə təşkilatçıları Azərbaycan Gənclər Fonduna maliyyə dəstəyi göstərdiyinə görə təşəkkürünü bildirib, festivalın Azərbaycanın moda tarixinə töhfə olduğunu, bu cür moda festivalının gələn il beynəlxalq miqyasda keçiriləcəyini söyləyibər. Münsiflər heyətində olan professional modelyerlər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Geyim dizaynı” kafedrasının müəllimləri Sevil Əliyeva, Azər Əliyev, Sveta Cəfərova, Fidan Süleymanova və model Kəmalə Quliyeva da iştirakçılara uğurlar arzu etmişlər.


Bakı Moda Festivalında 15 nəfər gənc modelyer-rəssamın kolleksiyalarının eskiz hallarından ibarət geyim nümayişi təşkil edilib. Tədbirin sonunda münsiflər heyəti tərəfindən 3 nəfər modelyer (İbrahimova İlahə) və model xüsusi mükafata və diploma layiq görülüblər (şəkil 3.7, 3.8). Əlavə həm modelyer, həm də modellər arasından 5 nəfər isə moda agentlikləri və kinostudiyalar ilə müqavilə əsasında işləməyə cəlb olunublar. Qeyd edək ki, festivalda iştirak edən hər bir modelyer və model sertifikatla, modelyerlər və modellər arasından professional münsiflər heyəti tərəfindən seçilən ilk üç yerin qalibləri isə diplomla təltif olunublar.
Moda nümayişi xüsusi hazırlanmış səhnədə, hər bir modelyerin minimum 3 geyimdən ibarət bir neçə kolleksiyasının təqdimatı ilə baş tutub. Ümumilikdə, layihə 65 nəfər iştirakçını əhatə edib.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Orada çəkilən bəzi fotoları və təqdim olunan diplom aşağıda yerləşdirilmişdir. Layihənin məqsədi Azərbaycan İncəsənətinin, Geyim dizaynının və eləcə də, moda sahəsində olan rəssamları və modelyerləri tapıb üzə çıxarmaq və onları proffesional modeleyerlərlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsidir.





Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin