FƏSİL I. GEYİM XIX – XX ƏSRDƏ DÜNYA SFERASINDA
XIX əsrdə Avropada geyim formalarının təsnifatı
Avropa əlbətdəki həmişə olduğu kimi bu dövrlərdə də geyimlərinə görə bir addım öndə idi. 1789 – 1794-cü illərdə Böyük Fransa inqilabı baş verən zamanlarında antik moda qadın geyimlərində inkişaf edirdi. Təxminən inqilab baş verən illərin əvvəllərində qadın kostyumlarını kişi dərzilər tikirdilər. Bu geyimlər əsasən yun parçalardan hazırlanırdı və “portonovski” deyilirdi. Kostyumlar formaca qadın yupkasını və kişi frakını xatırladırdı. O zamanlar baş örtüyünə yəni papağa üç rəngli lent taxılırdı. İnqilab tərəfdarı olduğuna işarə idi bu cür geyinmək. Bu insanlar tərəfindən normal qəbul edilən vaziyyət idi. Həmin dövrlərdə qadınlar əsasən sadəliyə üstünlük verirdilər. Sadə don, köynək və sandal ayaqqabılar gündəlik tərzi idi qadınların. 1795 – 1799-cu illər də direktoriya dövrünü yaşayan fransız qadınları sadə geyimdə ilahəyə bənzəyirdilər. Burjua cəmiyyətində qadınların özünəməxsus maddi müvəffəqiyyəti var idi. Çətinliklər yaşanan bu dövründə moda tez – tez dəyişilərək yeni bir stil ilə əvəzlənirdi.
Zaman keçdikcə universal geyim formaları yaranırdı. Əsasən bankirlər, sahibkarlara uyğun yaradılmış sadə gündəlik geyim hesab edilirdi. Artıq demək olar ki, uniformaya bənzər geyimlər yaranırdı və dəb olurdu. Əvvəlki zamana nisbətən indi dekorativlik və rəngarənglik ləğv olurdu. Modanı dəyişməyə məcbur qoyan dövlətin başına keçən imperatorların bu yöndə rolları az olmurdu. Napoleonun özünü imperator etməsi artıq moda da özünü göstərdi. Digər imperatorlardan fərqli olaraq onun dövründə incəsənət yüksək qiymətləndirilirdi. Geyimlərdə Yunan və Roma xüsusiyyətləri özünü göstərirdi. İnsanlar arasında yaranan bu dəbə tarixdə “ampir stili” deyirlər. Günümüzün modası olan bel kəsiyinin yuxarıda olması məhz bu zamanlarda da moda oldu. Artıq moda jurnalları çıxırdı. Jurnalların əsas hissəsini Davidin əsərləri tuturdu. Paris modanın mərkəzi şəhəri olaraq qalırdı.
XIX əsrdə başlayaraq artıq Parisə də xəzlər gəlirdi (şəkil 1.1.). İlk dəfə xarici ölkədən gələn xəz paltolar çox baha idi. İmperiyada moda olan geyimlər indiki zamanda da sevilərək geyinilən dəb olaraq qalır. Müasirliyi özündə birləşdirən Fransız geyimlərinə inqilab təsir etmişdir. Nəinki orda digər ölkələrdə də öz təsirini qoymuşdur.
Dostları ilə paylaş: |