Elektron cdvəl — cədvəlin emalı üçün təyin olunan tətbiqi proqramlardır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir. Xanaların məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət dəyişir.
Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s. proqramlardır. Bu proqramların bəzi başlıca özəllikləri bunlardır:
1. Verilənlər (ədədlərlə nişanlanmış) sətirlər və (hərflərlə nişanlanmış) sütunlar boyunca düzülür. Verilənlərin daxil edildiyi hər bir yer (sətir və sütünün kəsişməsi) xana (CELL) adlanır. Siz ədədləri və ya hərfləri aşağıdakı misalda (kiçik mağazada müxtəli malların satış cədvəli) göstərildiyi kimi xanalara daxil edə bilərsiniz:
A
B
C
D
Mal
Qiyməti
Sayı
Yulaf
3.99
10
Süd
2.15
25
Diş pastası
1.95
7
2. Əgər siz düstur daxil etmisinizsə, kompüter onu avtomatik hesablamalıdır. Məsələn, yulaf satışından gəliri hesablamaq üçün D2 xanasına +B2*C2 düsturunu daxil edin. (* ulduz işarəsi vurmanı göstərir; başlanğıcdakı + işarəsi isə bunun adi yazı deyil, düstur olduğunu bildirir. Excel proqramında düsturun başında = işarəsi qoyulur.)