Modem (ing modem (modulator/demodulator), ru модем) informasiyanı kompüterdən adi



Yüklə 86,41 Kb.
Pdf görüntüsü
tarix27.11.2022
ölçüsü86,41 Kb.
#120023
Modem — Vikipediya (1)



Modem
Modem (ing. modem (modulator/demodulator), ru. модем) — informasiyanı kompüterdən adi
telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusu. Kompüter diskret elektrik siqnalları
(yəni ikilik 1 və 0) ilə işlədiyindən, telefon xətləri ilə isə analoq informasiya (gərginlik
səviyyələrinin geniş diapazonuna malik olan siqnal) ötürüldüyündən, modemlər, mahiyətcə,
rəqəm-analoq və əksinə çevirmələri yerinə yetirir. Verilişdə modemlər kompüterin rəqəmsal
siqnallarını telefon xəttinin kəsilməz daşıyıcı tezliyinə toplayır (modulyasiya edir),
qəbuletmədə isə informasiyanı daşıyıcıdan "çıxardır" (demodulyasiya edir) və onu rəqəmsal
formada kompüterə ötürür. Modemlər verilənləri adi telefon kanalları ilə 300 bod’dan 56000
bod’adək sürətlə, ayrılmış kanallarda isə 19200 bod sürətilə ötürür. Daha yüksək sürətli
verilişlər də mümkündür, ancaq bu telefon xətlərinin xarakteristikası ilə məhdudlaşır. Mürəkkəb
modemlərin veriliş və qəbuletmədən əlavə funksiyaları da olur, məsələn, avtomatik nömrə
yığımı, cavab və təkrar yığım; lakin uyğun kommunikasiya proqram təminatı olmadan modemlər
hər hansı faydalı iş görə bilmir. 
Modem (Modulator Demodulator sözlərindən əmələ gəlib)
yaxud çevirgə, kabel və ya 
telefon
xətti vasitəsi ilə iki kompüteri birləşdirmək üçün qurğudur.
Modemlər həm kompüterin daxili həm də xarici qurğuları sırasına daxil edilə bilər. Modemlərin
aşağıdakı növləri vardır:


Daxili modem
Kompüterin ana platasına 
İSA
və ya 
PCİ
slotu vasitəsi ilə qoşulur. Xüsusi drayver tələb edir.
Deyərdim ki, proqramı təminat olmadan yararsız bir hissədir.
Xarici modem
Kompüterə
COM
port və ya 
USB
port vasitəsi ilə qoşulur. Ayrıca cərəyan mənbəyinə də
qoşmaq tələb olunur.
Apparat modem
Bütün əməliyyatlar apparatın özündə Digital Signal Processor vasitəsi ilə həyata keçirilir.
Proqram modem
Daxili modem
Xarici modem


Sonuncu redaktə 1 il əvvəl Musa Səmədov
 tərəfindən edilib
Bütün əməliyyatlar 
proqram təminatı
vasitəsi ilə həyata keçirilir. 
Telefon
xəttinin qoşulması
üçün oyuq və cərəyanı şiddətini tənzimləmək üçün kiçik qurğusu olur.
Modemin sürəti bir saniyədəki kilobitlərlə ölçülür. Bu gün ənənəvi modemlərin ən yavaşının
sürəti 56 Kbit/san-dir. Belə modem bir saniyədə təqribən 14 səhifəlik çap olunmuş mətn
göndərir. Son bir neçə onillikdə modemlərin sürəti önəmli dərəcədə yüksəlib. İlk modemlər
verilənləri saniyədə təxminən 300 bit sürətlə ötürə bilirdi Bu gün verilənləri telefon xətti ilə
saniyədə 8 Mbit/san sürətlə ötürə bilən xüsusi modemlər vardır. Bu da gerçək zamanda səsli
videonu çevirib-ötürmək üçün tam yetərlidir.
1979-cu ildə "Hayes Microcomputer Products" şirkəti tərəfindən fərdi komputerlər üçün ilk
modem yaradılmışdır. "Micromodem II" adlı bu modem 
Apple
II kompüterləri nəzərdə
tutulmuşdur. Onun qiyməti 380$ idi və o, 110/300 bit/s sürəti ilə işləyirdi.
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Modem&oldid=5977283
"
Modemlərin sürəti
Yaranma tarixi
Ədəbiyyat


Yüklə 86,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin