ModernləŞMƏ, İmperiALİzm və neokoloniALİzm nəZƏRİYYƏLƏRİ



Yüklə 10,13 Kb.
tarix05.07.2018
ölçüsü10,13 Kb.
#55846

TƏLƏBƏ:BABAYEV YUSİF

SƏRBƏST İŞ 4



MODERNLƏŞMƏ, İMPERİALİZM VƏ NEOKOLONİALİZM NƏZƏRİYYƏLƏRİ.

Bu nəzəriyyə dünyanın strukturunu aparıcı dövlətlər arasında yeni bazarlar, xammal mənbələri, kapitalın tətbiqi sahələri, siyasi və mədəni təsirin gücləndirilməsi uğrunda gedən mübarizə kimi izah edir. İmperializm deyildikdə, inkişafın "inhisarların və maliyyə kapitalının hökmranlığının bərqərar olduğu, kapital ixracının mühüm əhəmiyyət kəsb etdiyi, dünyanın beynəlxalq trestlər tərəfindən bölgüsünün başlandığı və onun bütün ərazisinin ən iri kapitalist dövlətləri arasında parçalanmasının başa çatdığı" (V.İ.Lenin) mərhələ başa düşülür. İmperializm nəzəriyyəsinin baniləri O.Bauer, R.Qilferdinq, V.Lenindir. İmperializm nəzəriyyəsinin bir necə, o cümlədən Britaniya imperiyasındakı prosesləri tədqiq etmiş C.Qobsonun təmsil etdiyi sosialliberal istiqamətləri mövcuddur. İmperializmin marksist nəzəriyyəsi bir çox dünya nəzəriyyələrinə təsir göstərmişdir. Müstəmləkə imperiyaları dağıldıqdan sonra imperializm nəzəriyyələrinin populyarlığı azaldı. Amma imperializmin sadəcə müstəmləkə tabeçiliyi sistemi deyil, kapitalın təcavüzünün təzahürü olduğu nəzərə alınsa, iqtisadi imperializmin bəzi formalarının müstəmləkə imperiyaları dağıldıqdan sonra da mövcudluğu mümkündür. Bu nəzəriyyə tarixdə mövcud olan insan cəmiyyətlərinin ikiqütblü: ənənəvi və müasir - olduğuna istinad edir. Nəzəriyyə ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçidi onların müxtəlif tərzdə başa düşülməsinə əsaslanmaqla izah edir. Bu nəzəriyyə müasir iqtisadi artıma keçidi təkcə maddi maraqla deyil, həmçinin mənəvi dəyərlərlə, sosial strukturun səfərbərlik tipinə keçidlə əlaqələndirir. Ənənəvi cəmiyyətlər yeniliklərə qarşı hazır olmayan fərdlər, müasir cəmiyyətlər isə xarici aləmə açıq, dərin təfəkkürün və praktiki təcrübənin təsiri altında yeni ideyaları və əşyaları tətbiq edə bilən şəxslər tərəfindən idarə olunur. Modernləşmə nəzəriyyəsi müxtəlif cəmiyyətlərin müasir hala düşməsini şərtləndirən və yaranan sosial quruluşun xüsusiyyətlərini müəyyənləşdirən insan mexanizmlərini və sosialstruktur proseslərini nəzəri baxımdan açmaq cəhdidir. O, qarşılıqlı beynəlxalq əlaqələrin ümumi dəyişiklikləri məcrasında baş verən mədənisiyasi və iqtisadi inkişafın, müstəqil inkişaf meyilləri kimi təfsir olunan sosial və psixoloji səfərbərliyin müxtəlif cəhətlərini əhatə edir. Nəzəriyyə "Avropalaşdırma", "Amerikalaşdırma", yaxud "Qərbçilik" kimi anlayışları dəyişdirmiş, tərəqqi haqqında etnomərkəzçi təsəvvürləri sıxışdırmışdır. Modernləşmə nəzəriyyəsinin metodoloji əsasları M.Veberin, T.Pirsonun, Ş.Eyzenştadın baxışlarına istinad edir. M.Veber kapitalizmin yüksəlişini protestantlıqla əlaqələndirməyə və başqa mənsəb sistemlərinin müasir cəmiyyətin inkişafına necə mane olduğunu göstərməyə çalışırdı. Müasir zamanda modernləşmə konsepsiyaları ictimai-iqtisadi dinamikanın, cəmiyyətdə baş verən dəyişikliklərin ayrı-ayrı cəhətlərinə istinad edirlər. Bəzi tədqiqatçılar modernləşməni istehsalın adambaşına düşən həcminin artmasını normaya çevirən ictimai və sosial mühitin yaradılması kimi başa düşürlər. Bu halda təkcə istehsalın kəmiyyətcə artımında deyil, həmçinin insanın istehsal fəaliyyətinin yönəldiyi dəyərlər sistemində də dəyişikliklərin baş verməsi mühüm sayılır. İnstitusional çərçivədə modernləşmə ilk növbədə inkişaf etməkdə olan ölkələrin sosialiqtisadi orqanizminin yenidən qurulması kimi nəzərdən keçirilir (Q.Myurdal). Son illərdə modernləşmə nəzəriyyəsi o qədər də geniş yayılmamışdır. Ənənəvi və müasir anlayışlarının arxasında maddi marağın, dəyərlərə müasir yanaşmaların dura bilməsi ehtimalı olduğuna görə, onların arasındakı fərqdən nəzəri baxımdan istifadə edilməsi çətindir. Bu nəzəriyyə inkişafa kömək edən, yaxud onu ləngidən siniflərin, yaxud maraqlar qrupunun rolunu aşağı salır, bir çox ziddiyyətlərə əhəmiyyət vermir və onda adətən fərdi xüsusiyyətlərə əsaslanan izahatlara xas olan məntiqsizlik vardır. 62 Modernləşmə nəzəriyyəsi çox vaxt ənənəvi və müasir cəmiyyətlərin təhlilinə tarixi mövqedən yanaşan neo-təkamül nəzəriyyəsi ilə birləşdirilir. Neo-təkamül nəzəriyyəsi müasir cəmiyyətin sosial təbəqələşmə yolu ilə ənənəvidən müasirə keçməklə inkişaf etməsi fikrinə əsaslanır. Ən bəsitdən nisbətən mürəkkəbə, "ən aşağıdan ali qütbə" doğru inkişaf edən bioloji orqanizmlərdə olduğu kimi, müasir cəmiyyətlər də sosial və institusional baxımdan təbəqələşmişdir. XIX əsrin təkamül nəzəriyyəsindən fərqli olaraq, neo-təkamül nəzəriyyəsi xətti ehkamı təkzib edir və ənənəvidən müasirə keçidin çoxsaylı yollarının olduğunu təsdiqləyir. Lakin bu konsepsiya kapitalizm yolunun ABŞ və Qərbi Avropa ölkələrində olduğu kimi, plüralist demokratiyadan keçməsinin alternativlərdən ən yaxşısı olması fərziyyəsinə əsaslanır, yəni modernləşmə ilə vesternləşdirməni (Qərbləşməni) eyniləşdirir. Modernləşmə və neo-təkamül nəzəriyyəsi XX əsrin birinci yarısında üstün mövqe tuturdu.
Yüklə 10,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin