Möhsün Nağısoylu



Yüklə 1,22 Mb.
səhifə14/16
tarix17.11.2018
ölçüsü1,22 Mb.
#82837
1   ...   8   9   10   11   12   13   14   15   16

İgəh. İbn Sirin aydur: Əgər bir bir kimsənə düşdə kən­dözünə igəh görüb, anunlə dəmür pasın alur görsə, işləri kəndü üzə­rinə güşad ola. Və əgər pak dəmüri hərzə yerə igəhlə alur gör­sə, məzərrətə dəlalət edə. Və bəzi aydur: Yumşaq igəh düşdə tə­ləb etdügi nəsnə müyəssər olmağına dəlalət edər. Və bəzi aydur: İgəh düşdə dilə və mütalibətə dəlalət edər.
* * *

Ükəyik. İbn Sirin aydur: Ükəyik düşdə naqis dinlü heç kimsənəylə müvafiq olmaz əvrətə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözünə bir ükəyik görsə, bir bu sifətlü əvrətə əvlənə. Və əgər bir kimsənə düşdə bir ükəyik yavrısın tutdı görsə, bir uşağı doğa. Və əgər kəndözüni ükəyik ətin yeydi görsə, andən yeydügi qədəri mal bula.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndü tamı üzərinə bir ükəyigi qonub, avaz etdi görsə, kəndü qaibindən kəndüyə bir xəbər irişə. Və əgər bir kimsənə düşdə kəndü əvinə ükəyiklə bir qərəcə qərğə girdi görsə, əvinə oğrı girə və qumaşın oğurlaya.

Cəfər (r) aydur: Ükəyik düşdə üç vəchlə dəlalət edər: 1. əvrətə; 2. uşağa; 3. xadimə. Və bəzi aydur: Ükəyik düşdə kən­dözünə görən kimsənəyə yəlançı uşağa dəlalət edər.
* * *

Əl. Danyal aydur: Sağ əl düşdə qərdəşə, ya şərikə dəlalət edər və sol əl düşdə qızqərdəşə dəlalət edər.

Əgər bir kimsənə düşdə kəndü sağ əlin uzun oldı görsə, qərdəşinün, ya şərikinün işi əyü ola və əgər sol əlin uzun oldı görsə, qızqərdəşinün işi əyü ola. Və əgər qısa oldı görsə, təvil anun xilafı ola. Və bəzi aydur: Əl uzun olmaq düşdə adəm üzərinə çoq fəzl issi olmağına dəlalət edər və qısa olmaq anun xilafına dəlalət edər. Və bəzi aydur: Əgər bir kimsənə düşdə iki əlin qısa oldı görsə, kəndü mənfəətin qərdəşindən və qızqər­dəşindən mən’ edə. Və əgər anları qəvi və möhkəm görsə, qərdə­şi­nün və qızqərdəşinün işi qəvi ola. Və əgər bir kimsənə düşdə kəndü əllərin tərs oldı görsə, qərdəşi və qızqərdəşi kəndüdən yüz çəvürələr. Və əgər bir kimsənə düşdə kəndü əllərin kəsilmiş, ya düşmiş görsə, qərdəşi və qızqərdəşi kəndüdən cüda ola. Və əgər bir kimsənə düşdə iki əlin kökzi üzərinə qomış görsə, dustlar qibəlindən kəndüyə qayğu və əndişə irişə. Və əgər kəndözüni bir bölük adam arasında kəf çalar görsə, ol yerdə bir dügün olmağına dəlalət edə. Və əgər tənhadə çalar görsə, kəndüyə qayğu və əndişə irişə.



İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndü sağ əlin padişah, ya qazı kəsdi görsə, yəlan and içə. Və əgər sol əlin kəsdi görsə, qərdəşi, ya qızqərdəşi, ya bir uşağı fəvt ola.

Və bəzi aydur: Əgər bir kimsənə düşdə kəndü sağ əlin sındı görsə, bir yəlan and içə və əgər bir xəstə uşağı olsa, fəvt ola. Və əgər sol əlin sındı görsə, əvrəti, ya dustı, ya şəriki kəndüyə müfariqət edə. Və əgər anı sınub kəndüdən ayrıldı görsə, qərdəşi, ya dusti, ya mükatibi vəfat bula, ya aralarında olan müvasilət kəsilə. Və əgər anı düşəndən sonra kəndülə sağaldı görsə, bir mal, ya bir qərdəş, ya bir uşağ faidə edə.

Və əgər bir kimsənə düşdə iki əlin kəsilmiş görsə, muradindən və kəsbindən qala. Və əgər bir kimsənə düşdə kəndü əlilə əlindən dəri kəsdi görsə, kəndü adəminə zülm edə.

Və əgər bir kimsənə düşdə kəndü əlin bıçaqla kəsüb ağrımadı görsə, könli bir kimsənə həvasinə məşğul ola...

Və əgər bir kimsənə düşdə kəndü əllərinün ayəsin bir-birinə sürər görsə, qövmligin bir kimsənə birlə nikah ilə möhkəm edə. Və əgər bir kimsənə düşdə kəndü əlin şil oldı görsə, qərdəşi, ya şəriki kəndüdən əl çəküb, kəndü işinə xələl düşə.

Və əgər bir kimsənə düşdə tavar kib əli və ayağı üstinə yürür görsə, əgər yüzin gögə tutmış olsa, bir mühal hacət tələb edə və əlinə düşvarlik ilə girə. Və əgər bir kimsənə düşdə kəndü əllərin ditrər görsə, kəndü kəsbindən işinə xələl irişə. Və əgər bir kimsənə düşdə kəndü əllərin anadandoğma quru görsə, sədəqə etməkdən və xəyr işdən qala.



İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndü işin sol əlilə işlər görsə, gizlü-gizlü işlər işləyüb, hacəti rəva ola, xassə ki qamu işin sol əlilə işlədi görə. Və əgər bir kimsənə düşdə kəndü əllərinə ignəylə çevitdən dəqə urmış görsə, himməti elmə ola və halı yuca ola.

Və əgər bir kimsənə düşdə kəndü əlin kəsik görüb, likən sağ-sol olduğın bilmədi görsə, qərdəş, ya şərik, ya uşağ, ya əvrət ölümindən kəndüyə bir müsibət irişə. Və əgər bir kimsənə düşdə kəndü əllərin böyükrak və qəvirək oldı görsə, bu zikr olunan kimsənələrün qəvi olmağına dəlalət edə.

Və əgər bir kimsənə düşdə əli kəsilür vəqtdə kəndözüni Qurꞌan oqur görsə, işi-güci səlah üzrə olub, haramdan əl çəkə və dəxi günah və məsiyət işləməyə. Və bəzi aydur: Əl kəsilmək düşdə uzun ömrə və xoş eyşə dəlalət edər. Və əgər bir kimsənə düşdə sağ əlin bir günah səbəbindən kəsdilər görsə, yəlançı və əmanətsiz kimsənə ola.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndü əllərin çənbər kib boynına qonulmış görsə, əgər şöylə etməgi kəndü əməlin əyü etmək içün olsa, dünyadə xəyrə və səlahə dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndü əlin kəndü işindən çəkdilər görsə, muradına və məqsudinə irişməyə və bir işlər iş içün bir kimsənədən yardum istəyə.

Və əgər bir kimsənə düşdə kəndü əlin uzun, ya qısa oldı görsə, şöylə kim əvvəlki halından mütəğəyyir oldı görsə, təbir elmindən peşəyə və uyunduligə düşə. Və əgər bir kimsənə düşdə kəndü əlin qurudı, ya süst oldı görsə, peşəsi fəsad ola.

Və əgər bir kimsənə düşdə kəndü əlin kəndüdən ayrılub bir peyğəmbər, ya bir saleh kimsənə təninə ulaşdı görsə, Allah-təala bir qövmi hidayət edə, ta anun əli üstinə tövbə edələr. Və əgər əlini bir padişah təninə ulaşdı görsə, əgər ol padişah saleh olsa, dünyanun xeyrinə və səlahinə dəlalət edə və əgər müfsid olsa, təvil anun xilafı ala. Və əgər bir kimsənə düşdə kəndü əlinün birisin birisindən uzun görsə, halı və işi qüvvətinə dəlalət edə və hər nə ki tələb edə, bula. Və əgər bir kimsənə düşdə iki əli üstinə yürür görsə, kəndü işi üzərinə etimad edə, və bəzi aydur kəndü qövmindən mənfəət bula.

Və əgər bir kimsənə düşdə kəndözilə əlin söyləşdi görsə, məişəti əyü ola. Və əgər bir kimsənə düşdə kəndü əli üzərinə bağlu incü görsə, cümlə Qur’anı əzbər oqıya.



İsmayıl Əşəs aydur: Əgər bir kimsənə düşdə kəndü əlin padişah əli oldı görsə, ululıq və padişahlıq bula. Və əgər bir kimsənə düşdə kəndü sağ əlin altundan olmış görsə, dövləti zail ola və bəzi aydur ya əlinə bir bəla irişə, məgər düşdə xəyrə dəlalət edər nəsnə ola. Əylə olsa, bir mal iktisab etməginə dəlalət edə...Və əgər bir kimsənə düşdə kəndü əllərin sabun, ya çuğunla yur görsə, ümidvar olduğı nəsnədən nəvmid ola.

Və əgər bir kimsənə düşdə bir canəvəri kəndünün sol əli canibindən girüb sağ əli canibindən çıqdı görsə, ya sağ əli canibindən girüb, sol əli canibindən çıqdı görsə, əgər ol canəvər təvildə əyü olsa, kəndüdən qayğu və əndişə cüda ola və işinün sonı məhmud ola və əgər təvildə yaramaz olsa, təvil anun xilafı ola. Və əgər bir kimsənə düşdə sağ əlin qurumış görsə, zəif kimsənəyə sitəm edə və əgər sol əlin qurumış görsə, peşəsi fəsadına dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndü əlilə bir axər kimsənün əlin tutdı görsə, ya əlilə bir diri, ya ölü kimsənün boynın qucağladı görsə, ömri uzun ola. Və əgər bir kimsənə düşdə bir müşrik əlinə bir gümiş biləzük qodı görsə, əli üzərinə bir müşrik müsəlman ola.



Cəfər (r) aydur: Əl düşdə on iki vəchə dəlalət edər: 1. qərdəşə; 2. qızqərdəşə; 3. şərikə; 4. dustə; 5. uşağa; 6. yoldaşa; 7. qüvvətə; 8. bayligə; 9. vilayətə; 10. mala; 11. söhbətə; 12. pe­şə­yə.

Əgər bir kiimsənə düşdə kəndü əllərin xinalu görsə, əlin­dəki nəsnə tələf olmağa yaqın olmuş ola.


* * *

Əlacə. İbn Sirin aydur: Əlacənün əyüsi düşdə oldur ki, pənbuq ola və rəngi yəşil və aq ola. Əgər bir kimsənə düşdə bir əlacə ton geydi görsə, anun genligi və böyükligi qədəri kəndüyə xəyr və ululıq irişə. Və əgər anı əski, ya dar görsə, ya rəngin qərə, ya gög görsə, təvil anun xilafı ola.

İbrahim Kirmani aydur: Əlacə satıcı düşdə dini dünyayə ixtiyar edər kişiyə dəlalət edər. Əgər pənbuğ olsa və əgər içində əbrişəm olsa, həm din və həm dünya tələb edər kişiyə dəlalət edə.
* * *

Altun... Amma zər ki sikkəsiz altunə derlər.

İbn Sirin aydur: Sikkəsiz altun düşdə kişilər içün qəramətə və qayğuyə dəlalət edər və əvrətlər içün əyüligə dəlalət edər.

Əgər bir kimsənə düşdə sikkəsiz altun buldı görsə, ya anı kəndüyə bir axər kimsənə verdi görsə, anun qədəri malı nöqsan ola və qəramət çəkə və gah ola ki, padişah anun üzərinə qəzəb edə. Və əgər anı bəzəkdə, ya andən qab-qacaq görsə, bu zikr olunan nəsnələr andən azrək və asanrək ola. Və əgər anı səhifə, ya səbikə görsə, andən bədtər ola.



İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə altun, ya gümiş əridür görsə, yaramazlığla adam dilinə düşə.

Və əgər bir kimsənə düşdə kəndözüni altun alur-satur görsə, qayğuyə və əndişəyə dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndü əvinə yük ilə altun ələtdi görsə, mal bula. Və denildi: Əgər bir kimsənə düşdə kəndözünə yüklər ilə altun görsə, kəndüyə qayğu irişə, zira ki çoq altun dəlalət etməz, illa qayğuyə. Və əgər bir kimsənə düşdə kəndözüni altun yər görsə, andən yedügi qədəri kəndü əyalı üzərinə haram mal nəfəq edə.



Cabir Məğribi aydur: Altun düşdə əgər yəlğuz olsa, kişilərə yaramaza dəlalət edər, amma əgər anı gümiş ilə bir yerdə görsə, mala və izzə və cahə dəlalət edə.

Və bəzi aydur: Əgər bir kimsənə düşdə altun kanın buldı görsə, izz və cah bula və əgər gümiş kanın buldı görsə, bir əkabir kişinün qızına əvlənə, vəlikən qayğulu ola.

Amma dinar, yəni sikkəlü altun. Danyal aydur: Əgər bir kimsənə düşdə kəndü əlində dörtdən ziyadə altun görsə, bir işdən kəndüyə kərahiyyət irişə, ya bir söz eşidə ki, altun qədəri ol söz kəndüyə çətin gələ. Əgər altun dörtdən əksük olsa, zikr olunan nəsnə azrək ola.

İbn Sirin aydur: Əgər altun ədədi bəş olsa, bir əyü, pəsəndidə iş işləyə. Və əgər bir kimsənə düşdə kəndözində nə böyük və nə küçük altun görsə, kəndüyə bir küçük səray hasil ola, xassə ki anı kəndüyə bir məruf kişi verdi görə.

Və əgər bir kimsənə düşdə kəndözində yüz, ya bin altun görsə, kəndüyə bir təmam elm hasil ola, likən gərəkdür ki, ədədi cüft ola. Və əgər altunı kəndüdən zaye oldı, ya bir axər kimsənəyə verdi görsə, ol altun qədəri kəndüdən elm zaye ola.



İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə bir altun buldı görsə, ya anı kəndüyə bir axər kimsənə verdi görsə, bir uşağı doğa. Və əgər kəndözindən bir altun zaye oldı görsə, uşağ səbəbindən kəndüyə bir müsibət irişə. Və əgər bir kimsənə düşdə kəndözinə çoq altunlar görsə, kəndüyə bir rənc irişə.Və bəzi aydur: Çoq altun düşdə bir ad edəcək əmanətə dəlalət edər...

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə bir altun buldı görsə, kəndü üzərinə qəbalə yazalar və gah ola ki, oyaqlıqda anı bəəynih görə.

İsmayıl Əşəs aydur: Əyü altun düşdə dinə və doğrı yola dəlalət edə və çoq altun düşdə əmanətə dəlalət edər. Və bir kisə altun düşdə çoq mala dəlalət edər.

Və əgər bir kimsənə düşdə kəndözünə bir yüzində surət və bir yüzində Allah-təala adın yazılu bir altun görsə, əgər bu düşi görən müsəlman olsa, mürtəd ola və əgər kafir olsa, müsəlman ola.



Cəfər (r) aydur: Altun düşdə əgər bəş olsa bəş vəqt nəmazə dəlalət edə və əgər çoq olub ədəd ilə cüft olsa, pak dinə və mənfəətlü elmə dəlalət edə. Və əgər ədəd ilə fərd olsa, təvil anun xilafı ola.

Və əgər bir kimsənə düşdə bir axər kim­sənəyə çoq altun verdi görsə, ya anları kəndüdən zaye oldı görsə, ya oğurlandı görsə, kəndüdən qayğu və əndişə zayil ola...



Hacizi müəbbir aydur: Bir altun düşdə əvrətə və qərəvəşə və uşağa dəlalət edər və çoq altun düşdə rənc ilə xüsumət ilə ələ girər malə dəlalət edər...
* * *

Ölçək. İbn Sirin aydur: Ölçək düşdə iş nizamına və doğriligə dəlalət edər, xassə ki ölçək dürüst ola. Və bəzi aydur: Ölçək düşdə miyançiyə dəlalət edə.

Əgər bir kimsənə düşdə kəndözünə ölçək görsə, əhli-insaf olub doğrı ola. Və əgər kəndü ölçəgin sındı, ya yandı görsə, kəndüyə ölüm qorqusi irişə.



İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə ölçək ilə nəsnə ölçər görsə, əgər əhli-elm olsa, qazı ola və əgər amünnas olsa, doğrı sözlü ola, şöylə kim adəmə pənd verür kimsənə ola...
* * *

İlğəm-səğləm. Və bu oldur ki, quru yerlərdə adəm gözinə iraq yerdən su kib gözükər və bu, düşdə möhkəm azğunlığa və içində xəyr və mənfəət olmaz elmə dəlalət edər.

İbn Sirin aydur: Əgər bir kimsənə düşdə bir ilğəmdə sakin və müqim oldı görsə, bir batil işə məşğul ola və andən kəndüyə bir yaramaz ad hasil ola. Və əgər andən çıqub bir abadan yerdə müqim oldı görsə, ol batil elmi tərk edə. Və əgər kəndözüni ol ilğəmlü yerün tobrağındən yeydi görsə, ol batil elmdən mal cəm edə, vəlikən ol mal kəndüyə paydar olmaya...
* * *

Ələk. İbrahim Kirmani aydur: Ələk düşdə dustlər və qövmlər arasındə gəzər kişiyə dəlalət edər.

İbn Sirin aydur: Ələk düşdə füzul əvrətə dəlalət edər, ya bir yaramaz xadimə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözünə bir yəni əyü ələk görsə, ya anı kəndüyə bir axər kimsənə verdi görsə, kəndüyə bir bu sifətlü əvrətə dust ola, ya bir ol sifətlü xadim kəndüyə xidmətkar ola. Və bəzi aydur kəndü xidmətində bir saleh kimsənə olub kəndüyə dust və həvadar ola.

Cəfər (r) aydur: Ələk düşdə dört vəchə dəlalət edər: 1. müs­lih kişiyə; 2. füzul əvrətə; 3. xadimə; 4. az mənfəətə.

Və bəzi aydur: Ələk düşdə bir-birin səvər kimsənə arasına təfriqə salur kişiyə dəlalət edər.

Artamidorəs dedi: Ələk düşdə təfriqəyə dəlalət edər, zira ki hər nəsnəyi bir-birindən cüda edər.
* * *

Ələküm səğməl. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə ələküm səğməli saru görsə, ol diyar adəminə xəstəlik düşə. Və əgər anı qızıl görsə, ol diyardə qan tökülə. Və əgər anı yəşil görsə, nemət genlilginə dəlalət edə. Və bəzi aydur: Qızlıqdan və padişah zülmindən eymenligə dəlalət edə.

İbrahim Kirmani aydur: Əgər anı yəşil və saru görsə, ya yəşil və qızıl görsə, əgər yəşilin sarusundan və qızılından artuqrək görsə, həm ol dəlil ola və əgər anun xilafın görsə, təvil anun xilafı ola.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə gögdə qızıl əlamət görüb, ana dirəklər görsə, ol diyar padişahına qüvvət irişə və əgər anı qərə görsə, bu dedigümüz xilafı ola...
* * *

Əlmə. İbn Sirin aydur: Yəşil əlmə düşdə uşağa dəlalət edər və qızıl əlmə şahdən mənfəətə dəlalət edər. Və əgər aq olsa, əkabirlərdən mənfəətə dəlalət edər. Və əgər saru, ya əgşi olsa, xəstəligə dəlalət edər. Və əgər bir kimsənə düşdə bir əlməyi iki buldı görsə, şərikindən cüda ola. Və əgər bir kimsənə düşdə əğəcdən qızıl əlmə kəsüb yeydi görsə, bir qızı doğa.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndüyə bir kimsənə bir turş əlmə verdi görsə, ol kimsənəyə düşmənlik edə və əgər şirin idisə, ol kimsənəyə mühibb ola.

Cabir Məğribi aydur: Əlmə düşdə xəyrə dəlalət edər. Əgər şirin olsa, xoş xəbər eşidə. Və əgər əgşi olsa, naxoş söz eşidə.

Danyal aydur: Əlmə düşdə anı görən kimsənənün himmətinə və işinə dəlalət edər, şöylə kim əgər bir padişah düşdə kəndözinə əlmə görsə, kəndüyə bir məmləkətə dəlalət edə. Və əgər anı bazirgan görsə, ticarətindən mənfəət bula. Və əgər bərzgər olsa, tüxm saçmağına dəlalət edə və əgər bəzzaz görsə, ton satmağına dəlalət edə...

Cəfər (r) aydur: Əlmə düşdə səkiz vəchə dəlalət edər: 1. uşa­ğa; 2. mənfəətə; 3. xəstəligə; 4. qərəvəşə; 5. mala; 6. buyruq rəva olmağına; 7. görən kimsənün himmətinə; 8. afiyət xəbərinə.

Və bəzi aydur: Əlmə düşdə himmət yücəliginə dəlalət edər. Və bilgil: Şirin əlmə əgşi əlmədən yegrəkdür, zira ki əgşi haram mala dəlalət edər və böylədür. Hər bişməmiş yemiş həm haram mala dəlalət edər, məgər qəvun ki anun gögi cəsəd sihhətinə dəlalət edər.Və denildi: Əgşi əlmə dəxi zərər etməz. Və əgər bir kimsənə düşdə bir padişah kəndüyə bir əlməyilə atdı görsə, kəndüyə padişahdən bir elçi irişə. Və əgər bir kimsənə düşdə süci məcllisində bir əlməyi qoqulədi görsə, ləhvə düşüb fisqə mürtə­kib ola. Və əgər anı bir məsciddə qoqulədi görsə, bir əvrətə əvlənə. Və əgər bir kimsənə düşdə bir əlməyi yaxdı görsə, kəndüyə bir xəyr irişə. Və bilgil: Şüəra əlməyi əvrətə təşbih etmişdür.



Və amma əlmə əğəcı. İbn Sirin aydur: Əlmə əğəcı düşdə yeyni canlu və lətif sözlü adəmə oxşayıcı bir möhtəşəm kişiyə dəlalət edər. Və bəzi aydur: Əlmə əğəcı düşdə heybətlü kişiyə dəlalət edər.

* * *


Əlin. İbn Sirin aydur: Əlin düşdə adəmün qədri­nə və cahına dəlalət edər, zira ki əlin Allah-təaləya səcdə edə­cək yerdür. Və bəzi aydur: Əlin düşdə uşağa dəlalət edər, şöylə kim ol uşağ kəndüdən bay ola.

Və əgər bir kimsənə düşdə kəndü əlnində sücuddən bir nişanə görsə, pərhizkar olub, dünyədə anunlə məşhur ola. Və əgər bir kimsənə düşdə kəndü əlninə bir zəxm urdılar görsə, əgər andən qan çıqdı görsə, kəndüdən çıqan qan qədəri malı tələf ola. Və əgər bir kimsənə düşdə kəndü əlnini böyük görsə, cahı ziyadə ola və əgər anı küçük görsə, təvil anun xilafı ola və böylədür. Əgər anı əvvəlki halından mütəğəyyir oldı görsə, kəndüyə bir ziyan irişə. Və əgər bir kimsənə düşdə kəndü əlnində qıl bitdi görsə, borclu ola. Və əgər bir kimsənə düşdə əlnini şişdi görsə, malı ziyadə ola. Və əgər bir kimsənə düşdə kəndü əlninə bir cənəvər ısırdı görsə, andən zəhmət gördügi qədəri düşməndən zəhmət görə.



Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndü əlnində bir göz peyda olmış görsə, kəndü kətxudaliginə əyü nəzər edər kimsənə ola.

Və əgər bir kimsənə düşdə kəndü əlnində yəşillə yazılmış bir xətt görsə, bir uşağı doğa ki, alim və pərhizkar ola.

Əgər Qurꞌandan Rəhmət ayətin yazılmış görsə, aqibəti məhmud ola və şəhid düşə və böylədür. Əgər əlnini açuq görsə və əgər kəndü əlnində Əzab ayətin görsə, təvil anun xilafı ola.

Cəfər (r) aydur: Əlin düşdə altı vəchə dəlalət edər: 1. qüdrət və cahə; 2. izz və ululığa; 3. bay uşağa; 4. məişətə; 5. riyasətə; 6. əyüligə və muradə.

Və bəzi aydur: Bir kimsənə düşdə kəndü əlninə bir dağ uruldı görsə, malı zəkatinə mane ola...Və denildi: Əlin düşdə kəsbə və məaşə dəlalət edər. Və dedilər: Əgər bir kimsənə düşdə kəndü əlnini gicişür görsə, ölümdən üzərinə qorqu ola.


* * *

Ələ olmaq. İbn Sirin aydur: Ələ olmaq düşdə malə və baylığə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndü tənin ələ olmış görsə, anun qədərincə mal bula. Və bəzi aydur: Ələ olmaq düşdə mirasə dəlalət edər.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndözüni bir ələ olmış kimsənəylə söhbəti düşdi görsə, əgər ol kimsənə saleh olsa, bir kimsənədən kəndüyə axirət mənfəəti irişə və əgər müfsid olsa, kəndüyə bir kimsənədən bir haram mənfəət irişə.

Cəfər (r) aydur: Ələ olmaq düşdə bəş vəchə dəlalət edər: 1. malə; 2. mirasə; 3. mənfəətə; 4. səvabə; 5. bir müşkil iş və əməl zühurinə.

Və bəzi aydur: Ələ olmaq düşdə yəni aqçəyə dəlalət edər. Və denildi: Yəni kisvətə dəlalət edər.


* * *

Əmanət qomaq. Müəbbirlər aydur: Əmanət qomaq düşdə qatında əmanət qonulan kimsənənün qəhrinə dəlalət edər. Əgər bir kimsənə düşdə bir axər kimsənə qatında bir əmanət qodı görsə, ol kimsənəyi qəhr edə. Və əgər bir kimsənə düşdə kəndü əvrəti qatına bir əma­nət qodı görsə, əgər əvrət anı hifz etdi görsə, kəndüdən hamilə ola. Və əgər əmanəti gerü verdi görsə, həmlin düşüd edə və böylədür. Əgər əvrət ilə sirr ilə söyləşdi və əvrət anı faş etdi görsə və əgər hamilə olsa, həm həmlin düşüd edə.
* * *

Əmcək. İbn Sirin aydur: Əmcək düşdə qıza dəlalət edər və hər ziyad və nöqsan ki ana irişə, mənsubinə ayid ola. Və əgər bir kimsənə düşdə kəndü əmcəgindən süd rəvan oldı görsə, qızı üzərinə nemət və rizq gen ola və halal mal bula. Və əgər süd qan gəldi görsə, haram malə dəlalət edə və rizqi kəndü üzərinə dar ola. Və əgər bir əvrət düşdə kəndü əmcəgin uzun oldı görsə, qız doğa. Və əgər bir kişi düşdə kəndü əmcəgində süd cəm olmış görsə, əgər əvrəti yoq isə, bir əvrətə əvlənə və uşağı doğa və əgər əvrəti var isə, bay ola. Amma əgər bu düşi bir qarı görsə, fəqir ola və əgər yigit əvrət görsə, ömri uzun ola. Və əgər baliğə qız olsa, ərə vara və əgər tifl qız olsa, fəvt ola.

İbrahim Kirmani aydur: Əgər bir kişi düşdə bir əvrət əmcəgin əmər görsə, xəstə düşə və bəzi aydur dini fasid ola və əgər əvrət hamilə olsa, oğlan doğa. Və əgər əvrət düşdə kişi əmcəgindən süd əmər görsə, kəndü üzərinə dünyaligi bağlana.

Cabir Məğribi aydur: Kişi əmcəgi düşdə əvrətə və əvrət əmcəgi qıza dəlalət edər. Əgər bir əvrət düşdə kəndü əmcəgin kəsildi görsə, qızı vəfat bula və əgər bu düşi kişi görsə, əvrəti fəvt ola. Və bəzi aydur: Əgər bir kimsənə düşdə əmcəgin düşdi görsə, bir uşağı fəvt ola və əgər uşağı olmasa, malına nöqsan irişə. Və əgər bir əvrət düşdə kəndü əmcəgi altına bir əmcək dəxi peyda oldı görsə, qız toğa. Və əgər bir kimsənə düşdə kəndü əmcəgin böyük oldı görsə, uşağınun əhvalı əyü ola, ya kəndü qızın ərə verə. Və əgər bir əvrət düşdə kəndü əmcəgindən süd içər görsə, qızlarından miras bula.

Və əgər bir kimsənə düşdə bir axir kimsənə əmcəgindən süd əmər görsə, kəndüyə məlamət və qayğu irişə. Və əgər əmcəgindən qarnına süd ənər görsə, kəndüyə bir ziyan irişə. Və əgər bir kimsənə düşdə kəndü tənində çoq əmcəklər görsə, uşağı çoq ola, ya əlinə çoq mal girə. Və bəzi aydur: Əgər bir kimsənə düşdə bir əvrəti əmcəgindən asılu görsə, ərindən qeyr kişidən bir uşağ doğa, zira ki həzrət rəsul (s.) Meracə çıqan gecə bir əvrəti əmcəgindən asılu gördi. Cəbrayıldan anı sual etdi. Həzrət Cəbrayıl ayıtdı: Ya rəsulullah, bunun işi zina idi.

Və əgər bir əvrət düşdə kəndü əmcəgin geycür görsə, kəndüyə bir qayğu irişə, zira ki əvrətə bir qayğu irişcək əmcəklərin didə. Və əgər bir kişi düşdə əmcəklərin böyük olduğı səbə­bindən anları kökzi üzərində görər oldı görsə, eşqə dəlalət edə və böylədür. Əvrət dəxi əgər əmcəklərin böyük olduğı səbə­bindən yayxanur görsə. Və dedilər: Əmcək düşdə əgər əzim olsa, fücurə dəlalət edə. Və əgər bir əvrət düşdə bir kişinün əmcəgindən süd əmər görsə, anun üzərinə dünya iqbal edə.

Cəfər (r) aydur: Əmcək düşdə bəş vəchə dəlalət edər: 1. kü­çük uşağa; 2. qızlara; 3. xadimlərə; 4. dustlərə; 5. qərdəşlərə.
* * *

Əmrud. İbn Sirin aydur: Əmrud yemək düşdə halal malə dəlalət edər, əgər anı şirin və yəşil görüb vəqtində olsa. Və əgər kəndözüni saru ərmud yər görsə, xəstəligə dəlalət edə, xassə ki qeyr vəqtində ola. Və əgər qızıl, ya gög olsa, malə dəlalət edə və əgər əgşi olsə, qayğuyə dəlalət edə.

İbrahim Kirmani aydur: Əmrud yemək düşdə əgər vəqtində olub, şirin olsa, murad hüsulinə dəlalət edə. Və bilgil: Boğaztutar əmrud düşdə içində şübhə olur malə dəlalət edər.

Cəfər (r) aydur: Əmrud düşdə bəş vəchə dəlalət edər: 1. ha­lal malə; 2. bayligə; 3. əvrətə; 4. murad hüsulinə; 5. mən­fəətə.Və əgər bir kimsənə düşdə şah əmrud yər görsə, andən yedügi qədəri bir əkabir kimsənədən mənfəət bula.

Və denildi: Saru əmrud düşdə xəstəlik ilə malə dəlalət edər.Və denildi: Əgər bir kimsənə düşdə əlinə əmrud düşdi görsə, bir cəm olunmuş malı miras bula.

Və denildi: Bəqalu xəyrə dəlalət edər, zira ki çoq zəman qalur və rəngi mütəğəyyir olmaz.

Və dedilər: Əgər bir kimsənə düşdə kəndü vəqtində əmrud yeydi görsə, əyüligə dəlalət edə və əgər anı qeyr vəqtində yeydi görsə, haram mala dəlalət edə.



Və amma əmrud əğəcı düşdə. İbn Sirin aydur: Bir bay, xoştəb, iş qayrur kişiyə dəlalət edər. Və bəzi aydur: Bir gözsiz əhlinə müdara edər kişiyə dəlalət edər.
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin