Möhsün Nağısoylu



Yüklə 1,22 Mb.
səhifə10/16
tarix17.11.2018
ölçüsü1,22 Mb.
#82837
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Avropa dillərində


  1. Arabische und rersische handschisten dor Universitats bibliothek in Bratislava. Dit yniversitats bibliothek in Bra­tis­lava. 1961.

  2. Blochet T. Cataloqie des manuscrihts tures de la Bib­liotheque National de Paris. I v. Paris. 1932.

  3. Brockelmann C. Geschichte der arabischen literator erster. Supplementband. Leiden, 1937,I.

  4. Flugel G. Die arabischen, persischen und turkischen handschriften der kaiserlich-kaniglichen Hofbibliothek zu Bien, Bd. I-III, Wien, 1865-1867.

  5. Candjeu T. Turcica agemica. Wiener Zeitscrift fur die Kunde des Morgenlandes. Vien, 1986, 76 band.

  6. Gotz M. Turkische handschiften. Verzeichnis der orientalishtn handschriften in Deutschland Band XIII, teil. 2. Wiesbaden, 1968.

  7. Guloglu M. Paleografia ci dirlomatica turko-ocmanica studio si album Editra Academici rerubli ci populare Romine. 1958.

  8. Melanges Asiatiqies. Tires de Bulleten de IʼAcademie imreriale des sciences de st. Petersbourg. V. St. pbg. 1869.

  9. Pertsch W. Die Nandschriften-verseichnisse der koniglichen Bibliothek zu Berlin. 1889.

  10. Rieu. Ch. Cataloque of the Turkish manuscripts in the Brihtish museum. London, 1888.

  11. Rossi E. Elenco dei manoscritti turchi della biblioteca Vaticana citta Del Vaticana Biblioteca Apostolica Vatikana, 1953.


Ərəb və fars dillərində


  1. ابوالفضل حبیش بن ابراهیم تفلیسی، بیان الصناعت، باهتمام ایرج افشار، تهران، ١٣٣۶، ضمیمه دفتر ۴ جلد ۵ فرهنگ ایران زمین از ص ۲۷۹ تا ۴۵۷

  2. احمد منزوی، فهرست نسخه های خطی فارسی، جلدهای ۵-١، تهران، ١٣۴۹

  3. حبیش تفلیسی. کامل التعبیر، چاپ سنگی، تهران، ١٢۶۵

  4. حسن عمید. فرهنگ عمید، تهران، ١٣۵۴

  5. ذبیح الله صفا، تاریخ عقلی در تمدن اسلامی، مجلد اول، تهران، ١٣۵۶

  6. علی اکبر دهحدا. لغت نامه، تهران، ١٣۴۷

  7. علینقی منزوی، فرهنگ نامه عربی بفارسی، انتشارات دانشگاه تهران، ١٣٣۷

  8. فهرست کتابهای چاپی فارسی، جلدهای ٢-١ ، تهران، ١٣۵٢

  9. کاتب چلبی، کشف الظنون عن اسامی الکتب و الفنون، استانبول،

١٣۶٢١٣۶۰

  1. گلشن راز شبستری، به روایت ترکی از شیخ ولی شیرازی

(شیخ الوان). باهتمام دکترحسین محمدزاده صدیق، تهران، ١٣۸١

  1. محمد علی تربیت، دانشمندان آذربایجان، تهران، ١٣١۴

  2. محمد علی مدرس تبریزی، ریحانه الادب، جلدهای ۸-١، تهران، ١٣۶۹

  3. محمد معین، فرهنگ فارسی، جلدهای ۶-١ ، تهران، ١٣۵۲


Əlyazmalar



  1. Б-1236 اسرارنامه بترکی (مترجم احمدی)، باکو، الیازمالار انستیتوتو،

  2. اسرارنامه بترکی (مترجم احمدی)، الیازمالار انستیتوتو،

B-5266

  1. بیان الصناعت (مصنف حبیش تفلیسی)، باکو، الیازمالار

Б-796 انستیتوتو،

  1. B-2873 حدیث اربعین بترکی (مترجم حزینی) باکو، الیازمالار انستیتوتو،

  2. .حدیث اربعین شرحی، عصفوری. استانبول، درسعادت محمودبک مطبعه سی، ۱۳۱۸

  3. M-259 شهدانامه (مترجم نشاطی)، باکو، الیازمالار انسیتوتو،

  4. B-4246کامل التعبیر (مصنف حبیش تفلیسی)، باکو، الیازمالار انستیتوتو،

  5. D-13 کوامل التعبیر (مترجم بوازیجی)، باکو، الیازمالار انستیتوتو،

  6. Vat.Turco 131. کوامل اتعبیر (مترجم بوازیجی)، واتیکان، آپوستول کتابخانه سی،

  7. Hekimoğlu, 591 کوامل التعبیر (مترجم بوازیجی)، استانبول، سلیمانیه کتابخانه سی،

  8. Bağışlar, 7222. کوامل التعبیر (مترجم بوازیجی)، استانبول، سلیمانیه کتابخانه سی،

  9. Fatih, 3648. کوامل التعبیر (مترجم بوازیجی)، استانبول، سلیمانیه کتابخانه سی،

  10. FS-364 گلشن راز شیرازی، باکو، الیازمالار انستیتوتو،

  11. B-6680 معجزنامه، مقصودی، الیازمالار انستیتوتو،

  12. B-7269 معجزنامه، مقصودی، الیازمالار انستیتوتو،

  13. M-268 مناقب شیخ صفی، باکو، الیازمالار انستیتوتو،






Kəvamilüt-təbir

(əsərdən parçalar)


Yuxuyozmalar
Abnus. Bu əğəc palud əğəcidür ki, suya batmağ ilə qərarur.

İbn Sirin aydur: Abnus düşdə işində möhkəm qatı kişiyə dəlalət edər, likən bay və bəxil kimsənədür, şöylə kim kəndüdən heç kimsənəyə bir xəyr irişməyə.

İbrahim Kirmani aydur: Abnus düşdə bir bu sifətlü əvrətə dəlalət edər.

Cəfər (r) aydur: Abnus düşdə bir ol sifətlü qərə kim­sənəyə dəlalət edər.

* * *


At. Danyal aydur: Ərəbi at düşdə zinətə və izzətə və dövlətə dəlalət edər, zira ki, Allah-taala buyurmışdur: “Vəl-xeylə vəl-biğalə vəl-həmirə litərkəbuha və zinətən...”

Və bəzi aydur: Binilür tavarda atdan əşrəfi yoqdur və dəxi gözi cəmiyi-tavar gözindən itidür. Netə ki, məsəldə gəlmişdür: “Əbsəru min fərəsin”.

Əgər bir kimsənə düşdə bir ərəbi atə binüb, anı kəndüyə müti görsə, əyüliginə və qiymətinə görə izzətə və dövlətə və ululığa dəlalət edə. Və əgər ərəbi olmasa həm, bu dəlil ola, likən andən aşağərəq ola. Və əgər bir kimsənə düşdə kəndüyə bir axər kimsənə yərağilə bir at verdi görsə, şərəf və ululıq bula. Əgər anun yərağından üyən, ya əyər, ya təkəltü kib bir nəsnə əksük görsə, ol əksük qədəri şərəf və ululıq nöqsan ola. Və əgər bir kimsənə düşdə kəndü atı quyruğın qalın və uzun görsə, anun qədəri xidmətkarı ola və əgər anı kəsildi görsə, xidmətkarı təfriqəyə düşə. Və bəzi aydur: Əgər bir kimsənə düşdə kəndü atı quyruğın uzun görsə, malı və uşağı ziyadə ola. Və əgər bu düşi padişah görsə, ləşkəri çoq ola və əgər anı kəsildi, ya qopdı görsə, təvil anun xilafı ola. Və əgər bir kimsənə düşdə kəndü atı əza­sından bir üzvin əksük görsə, ol əksük qədəri izzəti və şərəfi əksük [ola]. Və əgər bir kimsənə düşdə kəndözüni atilə savaşur görsə, əgər at kəndüyə qalib gəldi görsə, məsiyətə və günahə iq­dam edər kimsənə ola.

İbn Sirin aydur: Əgər bir kimsənə düşdə bir çıplaq ata bindi görsə, günahı və məsiyəti çoq ola. Və əgər anı kəndüyə müti görüb quş kib uçar görsə, şərəfə və ululığa dəlalət edə, likən əksük ola. Və bəzi aydur: Atı at yürüməz yerdə tam və divar üsti kib yerdə binmək düşdə xəyrsiz olur. Və əgər bir kimsənə düşdə kəndözüni bir ata binmiş görüb, ol atı həvadə səgirdür, ya ata qanad görüb anı quş kib uçar görsə, dində və dünyadə şərəf və ululıq hasil ola. Və gah ola ki, səfərə vara. Və bəzi aydur: Əgər bir kimsənə düşdə atları həvadə uçar görsə, fitnəyə dəlalət edər.

İbrahim Kirmani aydur: Əgər kəndözüni bir qərə ata bindi görsə, hər işi ki işləyə, andan kəndüyə mal və ululıq hasil ola. Və əgər bir turi ata bindi görsə, padişahdan kəndüyə qüvvət və şadlıq və ululıq irişə. Və əgər bir al ata bindi görsə, dini səlahinə və padişahdan izzətə və hörmətə dəlalət edə və bəzi aydur fitnəyə və savaşa dəlalət edər... Və əgər bir saru ata bindi görsə, azacuq xəstəlik çəkə. Və əgər cürdə ata bindi görsə, işi səlahinə dəlalət edə. Və bəzi aydur: Əbləq at düşdə məşhur işə dəlalət edər atı binən kimsənəyə. Və böylə qaşxa dört ayağı səkül at və boz at düşdə yazıcıya dəlalət edər...

Və əgər bir kimsənə düşdə atdan əndi görsə, ululığından və şərəfindən düşə. Və bəzi aydur: Əgər bir kimsənə düşdə kəndü atından bir əniş əndi ki, dəxi ana binməgə niyyəti qalmadı görsə, əgər müstövli olsa, məzul ola. Və əgər kəndözüni çıplaq atdan əndi görsə, məsiyətdən tövbə edə. Və əgər bir kimsənə düşdə təmam səlah quşanub bir ata bindi görsə, şərəf və ululıq bulub, kəndüyə heç kimsənə mane olmaya. Və əgər anı savaşa səgirtdi görsə, kəndüdən bir günah sadir ola, ya kəndüyə bir qorqu irişə. Və əgər bir kimsənə düşdə kəndözüni bir at üzərində görüb, ol at kəndüyi bir məscidə, ya bir ibadət edəcək yerə ilətdi görsə, xəyrsizligə dəlalət edə, məgər yenə at kəndüyi andən çıqardı görə.

Və əgər bir kimsənə kəndülə atı söyləşdi görsə, bir iş işləyə ki, adəm andən əcəbə qala. Və əgər bir kimsənə düşdə bir yad atı kəndü əvinə, ya küçəsinə girdi görsə, ol yerə bir şərif kimsənə girə və əgər bunun xilafın görsə,bir ulu kimsənə ol yerdən qayib ola, ya fəvt ola. Və bəzi aydur: Əgər bir kimsənə düşdə bir ata bindi, ya bir atı bağladı görsə, kəndüyə qüvvət irişə...

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndözünə bir qısraq görsə, ya anı kəndüyə bir axər kimsənə verdi görsə, ya kəndözüni ana bindi görsə, bir əvrətə əvlənə ki, ol əvrət kəndü üzərinə mübarək ola... Əgər ana binmək alətilə bindi görsə, əvrətə əqdi-səhihlə əvlənə və əgər ana əyərsiz və üyənsiz bindi görsə,ol əvrətə əqdsiz cima edə, ya bir səbatsız işə binə. Əgər ol qısraq qərə olsa, əvrət mal issi ola və əgər aq olsa, əvrət izzü cah issi ola və əgər turi olsa, əvrət müaşir və tərəbsevər kimsənə ola. Və əgər saru olsa, əvrət sayru sifət ola. Və əgər ol qısrağun biləsilə qulunı olsa, əvrətün biləsilə həm uşağı ola. Və əgər bir kimsənə düşdə qısraq ətin yeydi [görsə], padişahdan kəndüyə bir xəyr irişə və xəlayiq qatında cah və mənzilət bula və denildi xəstə düşə. Və əgər kəndözüni at südin içdi görsə, anı padişah çağırub kəndüyə müqərrəb edə. Və denildi qısraq düşdə yıla dəlalət edər. Əgər səmiz olsa, ucuz yıla dəlalət edə və əgər aruq olsa, anun xilafı ola. Və gah ola ki at aruqlığı düşdə dirilik zəfinə dəlalət edə.

Və əgər bir kimsənə düşdə at üzərində ardına bir axər kimsənə bindi görsə, ol kimsənə kəndüyə tabe ola, ya şərik ola. Və əgər bir kimsənə düşdə bir yerdə çoq atlar görsə, ol yerə yağış yağa, ya sel gələ.



İsmayıl Əşəs aydur: Əgər bir kimsənə düşdə bir rəhvar ata bindi görsə, bir bay salihə əvrətə əvlənə, ya bir bu sifətlü əvrət ilə söhbəti düşə. Və əgər bir kimsənə düşdə kəndü atınun qulağı kəsildi görsə, kəndüdən ana bir peyğamı kəsilə. Və əgər bir kimsənə düşdə kəndü atını nişat ilə yüriyüb anı kişnər görsə, kəndü işi yuca olub, adı ol diyarda müntəşir ola. Və əgər bir kimsənə düşdə kəndü atını yüzi üstünə düşüb yenə tez qalqdı görsə, işinün bəzisinə xələl irişə və yenə səlahə gələ.

Və əgər bir kimsənə düşdə bir quyruqsız at satun alub, ana bindi görsə, əsilsiz əvrətə əvlənə. Və əgər bir kimsənə düşdə atı kəndüyi dəpdi görsə, ya dişlədi görsə, kəndü əyalına bir töhmət mənsub oluna. Və əgər bir kimsənə düşdə kəndü atın oğurlandı görsə, əvrəti həlak ola. Və əgər bir kimsənə düşdə kəndü atından süd sağar görsə, sağduğı süd qədəri kəndü əvrətindən mənfəət bula.

Və əgər bir kimsənə düşdə kəndü atını zaye oldı görsə, əvrətinə təlaq verə. Və əgər bir kimsənə düşdə bəha ilə bir at satun aldı görsə, bir əvrətə əvlənə, ya bir qərəvəş satun ala. Və əgər bir kimsənə düşdə kəndü atını satdı görsə, izzi və cahı əksük ola və əyalı kəndüdən cüda ola. Və əgər bir kimsənə düşdə ata tərsinə bindi görsə, kəndüdən bir yaramaz iş sadir ola və andan kəndüyə məzərrət və məlamət irişə.

Cahiz müəbbir aydur: At düşdə düş issinün nəfsi həvasinə dəlalət edər. Və əgər bir kimsənə düşdə kəndü atını gəhgir görsə, kəndü nəfsi kəndü üzərinə qalib ola. Və əgər anı kəndüyə müti görsə, nəfsi kəndüyə müti ola.

Və əgər bir padişah düşdə kəndözüni at üzərində görsə, məmləkəti çoğalmağına dəlalət edər. Və əgər bu düşi amünnas görsə, ana izzətə və dövlətə dəlalət edə. Və əgər bir kimsənə düşdə bir məhəllədən bir məchul at çıqdı görsə, ol məhəllə əkabirlərindən bir kimsənə fəvt ola.



Xalid İsfəhani aydur: Palan atı düşdə kişinün bəxtinə dəlalət edər, əgər anı kəndüyə müti görsə. Və bəzi aydur: Bərgir at düşdə əvrətə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndü bərgirini oğurlandı görsə, əvrətin boşaya və əgər anı yatdı görsə, həm bu dəlil ola.

Və əgər bir kimsənə düşdə bir uzun quyruqlu ata bindi görsə, nəfi və təvabei çoq ola. Və əgər bunun xilafın görsə, təvil dəxi anun xilafı ola. Və əgər bir kimsənə düşdə kəndü atını yatdı, ya oğurlandı, ya öldi görsə, halı yaramaz ola və dirligi kəndü üzərinə dar ola.



Cəfər (r) [aydur]: At düşdə bəş vəchə dəlalət edər: 1. izzətə; 2. mərtəbəyə; 3. buyruq rəva olmağına; 4. ululığına; 5. xəyrə və bərəkətə...

Və əgər bir kimsənə düşdə kəndü atına bir məymun bindi görsə, kəndü əvrətinə bir cühud fəsad edə. Və əgər bir it bindi görsə, əvrətinə bir kafir fəsad edə.

Və bəzi aydur: Əgər bir kimsənə düşdə kəndözüni bir ata bindi və anı dərləyincə səgirtdi görsə, bir mal tələf edə və nəfs həvasilə bir işə binə. Və at səgirtmək düşdə həvayə binməgə dəlalət edər ... Və əgər bir kimsənə düşdə kəndözüni at yedər [görsə], bir şərif kişinün xidmətin tələb edə. Və bilgil dəniz atı düşdə yalana və tamam olmaz işə dəlalət edər. Və axta at düşdə xadimə dəlalət edər. Və pəyk at düşdə anı binən kimsənəyə əcəl yaqınlıqına dəlalət edər.

* * *


At çuqəli. İbn Sirin aydur: At çuqəli düşdə iş möhkəm­liginə dəlalət edər. Əgər bir kimsənə düşdə bir çüqəlü ata bindi görsə, işi möhkəm ola və düşməninə zəfər bula.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndü çüqəlü atı üstünə savaş meydanında həmlə edüb səgirdür görsə, işi ka­mala irişüb muradı tamam ola. Və əgər anı zaye oldı görsə, na­murad olmağına dəlalət edə.

* * *


Ac olmaq. İbn Sirin aydur: Ac olmaq düşdə toq olmaq­dan yegrəkdür. Və sudan toq olmaq düşdə susizligdən yegrəkdür. Əgər bir kimsənə düşdə kəndözüni ac görüb, yeməgə təam bulmaz görsə, dünyayə hirsi az ola.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndözüni ac görsə, məsiyətə dəlalət edə, məgər aclığı oruc səbəbindən ola. Əgər əylə olsa, heç zərəri olmaya. Və əgər bir kimsənə düşdə kən­dözüni ac görüb toq olanadək yemək yeydi görsə, günahdan tövbə edə. Əgər yeydügi nəsnə şirin idisə, tövbəsinə sabit ola. Və əgər əgşi idisə, təvil anun xilafı ola.

Cəfər (r.) aydur: Ac olmaq düşdə dört vəchə dəlalət edər: əvvəl nüsrətə və ululığa; 2. hirsə və hacətə; 3. günaha və məsiyətə; 4. adamdan təməə. Və bəzi aydur: Ac olmaq düşdə hirsə və üzərinə qadir olduğı nəsnədə zəhmət çəkməginə dəlalət edər.

* * *


Acığ gəlmək. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə Həqq-təalayçün bir kimsənəyə acığlandı görsə, işi-gücü əyü ola. Və əgər ol kimsənəyə dünya içün acığlandı görsə, dini hörmətsiz tuta və dünyayə məğrur ola.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndü üzərinə padişahı acığlandı görsə, padişahdən kəndüyə rənc və ziyan irişə. Və dedilər: Bir yucə yerdən aşağə düşə...

Və əgər kəndü üzərinə ətəsin, ya ənəsin acığlandı görsə, ululığından düşə. Və bəzi aydur: Acığ gəlmək fəqrə və in­qilabə dəlalət edər...

Əgər bir kimsənə düşdə kəndözüni Allah-təalaya acığlandı görsə, kəndüyə hidayət və rəhmət və mənsəb irişə...

Və əgər bir kimsənə düşdə kəndü əvindən acığlu çıqdı görsə, həbs oluna...

* * *

Acı xəmir. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə acı xəmir yeydi görsə, rəncə və qayğuya dəlalət edər.

İbrahim Kirmani aydur: Bir iş səbəbindən mütəfəkkir ola. Və dedilər: Qövmlərilə müxasimətə dəlalət edər.

Cəfər (r.) aydur: Acı xəmir düşdə bəş vəchə dəlalət edər: 1.xəstəligə; 2.qayğuyə və əndişəyə; 3.xüsumətə; 4.hacətə; 5. əhl və əyal ilə müvafiq olmağına.


* * *

Axur. Müəbbirlər aydur: Əgər bir kimsənə düşdə kəndü sarayında axur görsə, izzət və qüvvət bula. Və denildi: Axur düşdə əvrətə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndü axuri üzərinə iki tavar bağlu görsə, əvrəti iki məhbubilə müsahibət edə.
* * *

Azvəy. İbn Sirin aydur: Azvəy düşdə qərəzi elmdən mal olur alimə dəlalət edər. Əgər bir kimsənə düşdə azvəy yeydi görsə, bu sifətlü alimdən elmə dəlalət edə.

Cabir Məğribi aydur: Azvəy yemək düşdə qayğuyə dəlalət edər. Və bəzi aydur: Azvəy düşdə qayğuyə və yaramaz dirligə və firqətə dəlalət edər anı qoqulayan və yeyən kimsənəyə.
* * *

. “Kamilüt-təbir” kitabında bu fəsli bir yerdə təfşilə gətürmişdür və bir yerdə sekba….Amma təfşilə bir aşdur ki, sirkəylə mərciməkdən olur. Bu aş düşdə qayğuyə və əndişəyə dəlalət edər.

İbn Sirin aydur: Əgər bir kimsənə düşdə bu aşdan yeydi görsə, qayğuyə və əndişəyə dəlalət edə, ya bir kimsənəylə söz-savı düşə və ol səbəbdən könlü rəncur ola. Və ələlcümlə, bu aşı düşdə yeməkdə xəyr və rahət olmaz. Və amma sekba, yəni sirkəlü aş ki, ərəb ana sekbacə derlər.

İbn Sirin aydur: Sekbacə düşdə əgər qoyun ətilə və çoq həviclə bişmiş olsa, andan yəyən kimsənəyə üləma və füzəla arasında izzət və cahə dəlalət edər. Və əgər sığır ətilə bişmiş olsa, bəzi üləmadən mala və iş nizamına dəlalət edə. Və əgər quş ətilə bişmiş olsa, anun qilləti və kisrəti qədəri ululığa və fərman keçməgə dəlalət edə. Və əgər bir əti haram cənəvər ətilə bişmiş olsa, haram mala dəlalət edə. Və əgər bu aş möhkəm əgşi olub içində həvic olmasa, qayğuyə və əndişəyə dəlalət edə. Və bəzi aydur: Sekba düşdə xəstəligə dəlalət edə anı yeyən kimsənəyə, məgər quş ətilə bişmiş ola. Əgər əylə olsa, təvliyətə və iş rəva olmağına dəlalət edə.

Və bilgil cəmiyi-aşlar düşdə rizqə dəlalət edər, məgər hərisəbulamac, zira ki bu iki aş çoq bulamağ ilə hasil olur nəsnədür. Və dəxi hər saru yemək, zira ki saru olan nəsnə xəstəligə dəlalət edər, məgər quş ətilə bişmiş ola. Əgər əylə olsa, zərər etməyə... Və aq yemək düşdə qeyr yeməklərdən əyüdür. Və şirin yemək düşdə turş yeməkdən əyüdür, məgər səmiz ət ilə bişmiş ola, əylə olsa, zərər etməyə. Və əgər bir kimsənə düşdə aşı su içər kib içər görsə, məaşı ziyad ola.


* * *

Aş büşürmək. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə aşpəzlik edər görsə, əgər büşürdügi nəsnəyi xoş görsə, mənfəətə dəlalət edə. Və əgər anı yaramaz görsə, padişahdan məzərrət bula. Və əgər bir kimsənə düşdə xəstə içün bir nəsnə büşürdi görsə, əgər anı xəstəyə müvafiq gəldi görsə, din səlahın istəyə və əgər müvafiq gəlmədi görsə, təvil anun xilafı ola. Və əgər bir kimsənə düşdə kəndözüni adam içün yemək büşürdü görsə, xəlq ilə əyülik əyləyə.

Cəfər Sadiq (r) aydur: Əgər [aş] büşürmək kəndü üzərinə qolay gəldi görsə, həyatə və şifayə dəlalət edə və əgər düşvar gəldi görsə, rəncə. Və bəzi aydur: Aş büşürmək düşdə bir mənfəət içün bir iş qaynatmağa dəlalət edər. Əgər aşı bişdi görsə, kəndüyə bir rizq irişə və muradı hasil ola, yaxud adam dilinə düşə və əgər anı bişmədi görsə, kəndü içində olan iş tamam olmaya, likən ol işdən savab bula. Əgər büşürdügi aş qoyun ətilə olsa, adəm əşrafindən mala dəlalət edə. Və əgər sığır ətilə olsa, ələmdar qibəlindən əyü dirligə dəlalət edə. Və əgər ərsilan1 ətilə olsa, bir zalım taifə üzərinə qorqu ilə təvliyət edə. Və əgər it ətilə olsa, əlinə bir heçcə təvliyət düşə. Və əgər quş ətilə olsa, bir təvliyətə ya bir ticarətə, ya bir taifədən halal rizqə dəlalət edə. Və əgər yırtıcı quş ətilə olsa, bir zalım taifə üzərinə təvliyətə, dəlalət edə.
* * *

Və amma aşçı ki, “Kamilüt-təbir” kitabında təbbax yazılmışdır. Bilgil bu kimsənə düşdə həris kişiyə dəlalət edər.



İbn Sirin aydur: Əgər bir kimsənə düşdə aşçilig edər görsə, büşürdügi nəsnənün qoqusi əyrü olub pakizə olsa, büşürdügi qədəri kəndüyə xəyr irişə. Və əgər bunun xilafın görsə, şərrə dəlalət edə.

İbrahim Kirmani aydur: Aşçı düşdə söz issi kişiyə, ya rizq tələbində olur kişiyə dəlalət edər.

Cabir Məğribi aydur: Aşçı düşdə rizq içün xəlq ilə xüsumət və söz-sav edər kişiyə dəlalət edər.

Cəfər aydur: Aşçilig eyləmək düşdə əslsiz və vəfasız sözə dəlalət edər. Və bəzi aydur: Aşçı düşdə şərr və fəsad issi padişah xadimləri və hükkam əvanları və dəniz xədəməsi kib kimsələrə dəlalət edər.

* * *


Aşuq. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndözüni aşuğla oynar görsə, əgər ana avaz yoq idisə, haram mala dəlalət edə və əgər çıqıldusı olsa, xüsumətə dəlalət edə. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndözüni aşuğla oynar görsə, bir kimsənəylə xüsumət edüb söz-savı düşə. Və əgər bir kimsənə düşdə kəndözünə çoq aşuq görsə, əgər oynamaq içün dəgül idisə, ol aşuq qədəri kəndüyə şübhəli mal hasil ola. Və əgər oynamaq içün olsa, qayğuya dəlalət edə. Və əgər bir kimsənə düşdə aşuğın sındı görsə, fəvt ola, ya bir qayğuyə giriftar ola. Və bəzi aydur: Kəndüyə bir müsibət irişə və əgər xəstə olsa, vəfat bula. Və gah ola ki, kəndü ilə xüsumət edələr.

İbrahim Kirmani aydur: Aşuğla oynamaq düşdə münaziətə dəlalət edər. Və kəbətəyn düşdə xüsumətə və məkrə dəlalət edər, zira ki kəbətəyn ilə oynamaqda xəsmə yigin gəlməkçün məkr və hiylə olunur.

Cabir Məğribi aydur: Aşuq və kəbətəyn və hər nəsnə ki bunlara bənzər ilə oynamaq düşdə həqir düşmən ilə savaşa və xüsumətə dəlalət edə.

Cəfər (r) aydur: Aşuq düşdə bəş vəchə dəlalət edər: 1.müqamir kişiyə; 2.əvrətə; 3.uşağa; 4.mala; 5.bikr qərəvəsə. Və bilgil aşuq əti düşdə əgər halal olan cənəvərün olsa, halal mala dəlalət edə və əgər anun xilafı olsa, haram mala dəlalət edə. Və bəzi aydur: Aşuq düşdə müqamir oğlana dəlalət edə. Əgər anı düşdə görən kişinün əvrəti olsa, bu sifətli oğlan doğa.

Və dedilər: Aşuq düşdə əzəb içün əvrətə dəlalət edər. Və dedilər: Aşuqlar düşdə batil sözə dəlalət edər anlarunla oynayan kimsənəyə. Və dedilər: Əgər bir kimsənə düşdə bir axər kimsənəylə aşuq oynayub anı utdı görsə, anı qəhr edə.


* * *

. İbn Sirin aydur: Ağ düşdə məkrə və hiylətə və aldamağa dəlalət edər. Əgər bir kimsənə düşdə kəndü əyəğin bir ağə düşdi görsə, məkrə və hiylətə giriftar ola. Və əgər əyəğin andən qurtuldı görsə, məkrdən və hiylətdən xilas ola.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə bir cənəvəri ağ ilə tutdu görsə, bəni-adəmdən ol cənəvərə mənsub olan kimsənəyi məkr və hiylət ilə ələ düşürə və anı kəndüyə müti edə. Və əgər bir kimsənə düşdə kəndüyə ağını yırtıldı, ya yandı, ya yitdi görsə, məkrdən və hiylətdən əlin çəkə.

Artamidorəs dedi: Ağ düşdə qorqulu adam içün nüsrətə dəlalət edər və qullar içün rizqləri genliginə dəlalət edər, amma məaşı andan olan kimsənə içün. Və dəxi hərəkəti ağır olan kimsənə içün həm xəyrə və həm nemətdarlığına dəlalət edər, zira ki ağ av üzərinə həm yayılur və həm dirilir.

Və dedilər: Ağ düşdə müsafir içün səfərdən gerü gəlməginə dəlaət edər, xüsusən dəniz səfərində olan kimsənəyə qayətdə tez qayıtmağına dəlalət edər. Və dəxi ağ düşdə yitük tələb edər kimsənəyə xəyrə dəlalət və bunlardan qeyr kimsənəyə işlər bulaşığına dəlalət edər, zira ki ağ cənəvərə zərər irişdürür nəsnədur, amma dügün və şirkət tələb edər kimsənəyə xəyrə və müvafiqətə.

* * *


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin