Qarşıda çoxlu problemlər var; iradə və əzmkarlıq lazımdır, uzaqgörənlik lazımdır. Bu iradə və əzmkarlıq qalmalı, bu inqilabi həvəs günbəgün artmalıdır. Allaha təvəssül və diqqət, ilahi övliyalara təvəssül, ibadət yoluna, Allaha təzim və təfəkkür yolu bizim üzümüzə həmişə açıq olmalıdır. Biz bu yolla özümüzü gücləndirməliyik.
İnqilabi həvəsi işlətməkdə təfəkkür, diqqət və agahlıq
Bu inqilabi həvəs qalmalıdır, amma ehtiyatlı olun ki, dəyərli olan bu həvəs və həyəcan öz yerində işlədilsin, boş yerə sərf olunmasın. Bunun təfəkkürə, agahlığa və diqqətə ehtiyacı var.