Məcburi müharibə bitəndə dayaz düşüncəli adamlar Bəsicin də bitdiyini düşünürdülər. Lakin Bəsic qaldı; çünki mücahidlik qalmışdı; çünki cihad davam edirdi. Harada cihad varsa, Bəsic oradadır; elmdə, siyasətdə, ictimai fəaliyyətlərdə, geniş və əzəmətli beynəlxalq məsələlərdə. Bu mücahidliklər davam edir və davam edəcək.
2. Agahlığın, ixlasın, zamanında və qədərincə əməlin meyar olması
Bizim hamımız üçün, bütün əziz Bəsic üzvləri üçün, bu əzəmətli meydanın hər hansı bir nöqtəsində çalışan gənclər üçün lazımi xüsusiyyətlər bu üç elementdən ibarətdir: agahlıq, ixlas, zamanında və qədərincə əməl. Bu üç elementi həmişə bir-birinin yanında saxlayın və nəzərdən qaçırmayın. Bu üç şərt bizə meyar olmalıdır: agahlıq, ixlas, zamanında və qədərincə əməl.