Qum Elmi Hövzəsinin xarici tələbələri ilə görüşdəki çıxış
25 Oktyabr 2010
Bismillahir-Rəhmanir-Rəhim.
Həmd və səna aləmlərin Rəbbinə məxsusdur. Ağamız və peyğəmbərimiz Əbülqasim Məhəmməd Mustafaya və onun pak, seçilmiş, hidayət edən və məsum ailəsinə, xüsusən də Allahın Yer üzündə saxladığı (İmam Mehdiyə) salavat və salam olsun!
Salam olsun, sənə, ey Fatimə Məsumə, ey Musa ibn Cəfərin qızı! Allahın salam olsun sənə, sənin pak və məsum ata-babalarına!
Çox şadam ki, bu gün siz əziz qeyri-iranlı tələbə və alimlərlə, həmçinin bu təhsil müəssisəsinin müəllim və müdirləri ilə görüşmək səadətinə nail oldum.
Qeyri-iranlı tələbə və alimlər bilsinlər ki, onlar müsəlman İranda qərib deyillər. Siz hətta qonaq da deyilsiniz. Siz ev sahibisiniz. Siz mənim əziz övladlarımsınız. Biz əsl İslam təlimlərini öyrənmək həvəsi ilə bu diyara səfər etmiş bu aşiq pərvanələrə "xoş gəldiniz" deyirik. Biz əsl İslam təlimlərini və Əhli-beyt (ə) bilgilərini imkanımız qədərincə sizə öyrətməyi özümüzə borc bilirik.
Dostları ilə paylaş: |