Müstəmləkəçi düşmənlərin planı qarşısında inqilabın rolu
İslam ümməti azad ola, inkişaf edə, alim, əziz və iqtidarlı qala bilər. Bunlar İslam təlimləri sayəsində mümkündür. Hegemonluq və müstəmləkəçi təşkilatlar iki yüz il boyu bu məfhumları müsəlmanların yadından çıxarmağa çalışdılar, onların siyasi və iqtisadi mərkəzlərini və yerli mədəniyyətlərini istismar edib talamaq üçün onları öz kimliklərindən xəbərsiz etdilər. İnqilab İslam ümmətinə bunları xatırlatdı.
Siz bu gün İslam Respublikasının elmi paytaxtı olan Qum şəhərində mübarək Mustafa Universitetində bu təlimlərlə tanış olmaq kimi böyük imkan əldə etmisiniz: "Dini mənimsəsinlər və qayıtdıqda onları (Allahın əzabı ilə) qorxutsunlar". Siz özünüz mühiti aydınlatmaq üçün işıq ola bilərsiniz. Bu gün İslam dünyasının buna ehtiyacı var.