Allahın ən böyük nemətlərindən biri namazdır. Namaz bizə hər gün bir neçə dəfə mütləq öz Allahımızla danışmaq imkanı verir. Allah-Taalaya müraciət edək, Ondan kömək istəyək, Ona ehtiyacımızı söyləyək, bu yalvarışla və bu ehtiyacla özümüzün Rəbbin dərgahına sadiqliyimizi gücləndirək. Böyüklər namaza çox əhəmiyyət verirdilər. Namaz hamının bacardığı bir ibadətdir. Biz çox zaman namazın qədrini və əhəmiyyətini dərk etmirik. Namaz qılmaq yalnız boynumuzdakı vəzifənin götürülməsi üçün deyil. Bu, böyük fürsətdir və ondan istifadə etmək lazımdır. Buyurublar ki, namaz sizin evinizdə bir çay kimidir; siz gündə beş dəfə bu çayda yuyunursunuz. Bu yuyunmalar gənc qəlblərdə əbədi təsirlər buraxa bilər; paklıq və təqva ilə Allah-Taaladan güclü və təsirli sözü hədiyyə almaq olar.