Çətin zamanlarda və bütün hallarda bizim Böyük İmamımızın bir sözünün bütün ölkədə heyrətamiz təsir buraxmasının bir səbəbi onun mənəviyyatı idi, daxili saflığı idi, Allahla rabitəsi idi, gecə yarısı axan göz yaşları idi. Hələ imam sağ ikən övladı mərhum Hacı Seyid Əhməd mənə dedi ki, imam gecə yarısı həddən artıq ağlayır; belə ki, onun gözünün yaşını silmək üçün adi dəsmal kifayət etmir, məcbur olub göz yaşını əl-üz dəsmalı ilə silir. O güclü kişi bir xalqı titrədə bilən ağır hadisə və itkilərlə üzləşirdi, amma yerindən tərpənmirdi. Onun üçün böyük güclərin heç bir əzəmət və heybəti yox idi. Lakin həmin kişi ilahi əzəmət qarşısında dua və münacat edərək belə ağlayırdı. Bunlar çox qiymətlidir. Bu fürsətlərin qədrini bilin.
Mən yenə də deyirəm: siz əzizlərlə görüşməyə çox şad oldum. Cənab Ərafiyə və Mustafa Universitetinin məsul işçilərinə, əməkdaşlarına, müəllimlərə və bu əzəmətli işdə əməyi olan bütün şəxslərə səmimi təşəkkürümü bildirməliyəm. İnşallah Allah onların hamısını, sizin hamınızı və bu işə kömək göstərən bütün şəxsləri öz lütf və mərhəmətinə şamil etsin!
Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!
Dostları ilə paylaş: |