Düşmən qarşısında uzunmüddətli proqramın zəruriliyi
Əgər düşmən cəbhəsinin bizim ölkəmiz və inqilabımız üçün uzunmüddətli proqramının olduğunu qəbul ediriksə, deməli, bizim də uzunmüddətli proqramımız olmalıdır. İslam oyanışı sarıdan güclü təhdid olunan İslam və inqilab düşmənləri cəbhəsinin uzunmüddətli proqramının olmamasını qəbul etmək olmaz. Buna heç kəs inana bilməz. Buna inanmaq üçün çox sadəlövh və avam olmalıyıq. Mütləq uzunmüddətli proqramları var. Bəzən ölkədə baş verən və əcnəbi əlin göründüyü bu hadisələr birdəfəyə yaranmış şeylər deyil, bir anda ortaya çıxmır. Bunlar üçün də ortamüddətli və uzunmüddətli proqramları olmuşdur; proqram hazırlamışlar və o proqramın nəticəsi bu olub. Belə deyil ki, həmin gecə qərar versinlər və sabah o işi görsünlər. Xeyr, mən 2009-cu il təxribatlarında bəzi dostlara fakt və əlamətlərini göstərdim. Ən azı 10-15 il öncədən proqram vardı. İmamın vəfatından sonradan proqram hazırlamışdılar. O proqramların təsiri 1999-cu ildə göründü; universitet məhəlləsi məsələləri və çoxlarınızın xatırladığı, bəlkə də yaxşı yadda saxlamadığı hadisələrdə. Ötən il baş verən hadisələr həmin proqramlar üçün yenidən canlanma oldu. Əlbəttə, vaxtı və müxtəlif cəhətləri nəzərə almaqla bu işi görməyə çalışdılar, amma Allaha şükür olsun ki, məğlub oldular; belə də olmalı idi. Deməli, düşmən cəbhənin uzunmüddətli proqramı var.