Beynəlxalq təbliğat vasitələri ilə cəmiyyətin həqiqətlərini tərsinə göstərmək
Bir mühüm məsələ budur ki, nahaq insanın qarşısında həmişə çılpaq görünmür ki, nahaq olduğu anlaşılsın. Nahaq çox zaman haqq libası ilə, yaxud haqqın bir parçası ilə meydana çıxır. Əmirəl-möminin (ə) buyurmuşdur ki, əgər haqq və nahaq açıq şəkildə və pərdəsiz meydana çıxsalar, ixtilaf olmaz; hamı haqqı sevər və nahaqqa nifrət bəsləyər. Lakin haqqın bir hissəsini nahaqqın bir hissəsi ilə qarışdırırlar, tamamən nahaq olmasına qoymurlar. Odur ki, insanlar səhvə düşürlər. Bundan çox ehtiyatlı olmaq lazımdır. Bu gün beynəlxalq təbliğat şəbəkələri sizin ölkənizdə, cəmiyyətinizdə, sizin İslam quruluşunuzda həqiqətləri tərsinə göstərməyə çox israrlıdır. Təbliğat imkanları da çoxdur, daim çalışırlar. Əlbəttə, bəzi şəxslər də bilərəkdən, bəziləri də bilmədən daxildə həmin sözləri təkrarlayır və işıqlandırırlar.