Tağut dövründə Qumun vəziyyəti və əhəmiyyəti
Qum tağut hakimiyyəti tərəfindən sevilmirdi. Onun sevilməməsi də bu şəhərin mənəvi və həqiqi imtiyazlarına görə idi; dindarlığına görə, ruhaniliklə rabitəsinə görə, bu şəhərdə olan elmi hövzəyə görə. Rza xanın zülmünə qarşı ilk mübarizə Qumdan başlandı. Mərhum Hacı ağa Nurullah İsfahani Rza xan hakimiyyətinin əvvəllərində onun diktaturası ilə mübarizə aparmaq üçün Qumu öz sığınacağı etdi, Quma gəldi. Ölkə alimləri müxtəlif şəhərlərdən Quma toplaşdılar. Bu mübarizə təbii ki, hərbi və diktator Pəhləvi hökumətinin təzyiqi ilə üzləşdi, mərhum Hacı ağa Nurullah zəhərlənib şəhadətə qovuşdu. Ondan sonra bu pak məqbərənin həyətində təqvalı bir din aliminin hicabın qadağan olunması əleyhinə fəryadı ucaldı və hamının diqqətini cəlb etdi. Rza xan Tehrandan Quma gəldi, həmin alim, təqvalı, mömin, mücahid və mənəviyyatlı kişini döydü. Qumda Pəhləvi rejiminə qarşı mübarizənin belə keçmişi var. Deməli, məsələ yalnız 1962-ci ildə başlayan ruhani mübarizələri dövründən sonraya aid deyil. Bunların hamısı tağut hökumətinin Qumla bir düşmən kimi rəftar etməsinə bais olmuşdu. Buna görə Qumda abadlıq yox idi, lazımi büdcələr ayrılmırdı, müxtəlif imkanlar yox idi, Quma digər yerlərdən daha az diqqət yetirirdilər. Tağut dövründə xalqın çoxlu ehtiyacları görməzliyə vurulurdu, xalqla maraqlanmırdılar. Onların başqa işləri vardı. Lakin bununla yanaşı Qum digər şəhərlərlə müqayisədə daha məhrum qalmışdı. Qumun vəziyyəti belə idi.
Dostları ilə paylaş: |