İslam İnqilabının Böyük Rəhbərinin Qum vilayətinin icra məmurları ilə görüşdəki tələbləri
1. Qumun abadlığı üçün ciddi çalışmaq
İnqilabdan sonra Quma xüsusi diqqət yetirildi. Həqiqətən məlumatlarda olduğu və mənim də təsdiqlədiyim kimi, beş il öncədən etibarən Qumun abadlaşması üçün hərəkət və kömək artdı, sürətləndi və nəzərəçarpacaq inkişaf yarandı. Bəli, bu faydalıdır, lakin davam etdirilməlidir. Əgər bu gün möhtərəm məmurların Qumun işlərinə dair göstərdikləri bu səy, bu həvəs və sevgi davam etsə, ümidvarıq keçmişin çoxlu gerilikləri inşallah tədricən düzəlsin. Və bu, ölkə üçün mühüm məsələdir.