Başqa bir məsələ budur ki, hövzə azadfikirlidir. Elmiliyin xüsusiyyəti azadfikirli olmaqdır. Elmdə qapalılığın mənası yoxdur. Yəni əgər alimiksə, elmi hövzəyiksə, elmi işdə çalışırıqsa, düşüncəni azad qoymaq lazımdır; sözsüz ki, düşüncə sahibi üçün. Bəllidir ki, bir elmi təşkilatda düşüncə səlahiyyəti olmayan şəxs fikir bildirməyə cürət də etməz. Əgər fikir bildirsə, onun səhvini tutarlar və nöqsanı aşkar olar. Fikir bildirmək səlahiyyəti olan şəxs fikir bildirməlidir; istər fiqhdə, istər üsulda, istər fəlsəfədə, istər kəlamda, istər digər hövzə mövzularında və elmlərində; yəni azadfikirlilik olmalıdır.