Qum şəhərinin çatışmazlıqlarını aradan qaldırmaq üçün məmurların ciddi səyi
Qumda mövcud olan çoxlu çatışmazlıqların səbəbi
Qum tağut dövründə hökumətin qəzəbinə tuş gəldiyindən təəssüf ki, onun çoxlu çatışmazlıqları vardır. Möhtərəm məmurlar bu çatışmazlıqları ciddi şəkildə və sürətlə aradan qaldırsınlar.
Düzdür, inqilabdan sonra çoxlu işlər görülmüşdür. Şəhərin vilayətə çevrildiyi 2000-ci ildən bu yana ona çoxlu büdcələr ayrılmışdır. Mənə məlumat verdilər ki, 2005-ci ildən etibarən bu şəhərdə maksimum büdcələr xərclənmişdir. Odur ki, çox yaxşı işlər görülmüşdür. Lakin bu işlərin hamısı təkmilləşdirilməli və bu şəhər həm xalqın ehtiyacları, həm də gözəllik baxımından Qum əhalisinə layiqli şəkildə inkişaf etməlidir. Əgər bu çatışmazlıqların aradan qaldırılmasını istəyiriksə, aktiv çalışmaq lazımdır.