Tərbiyə və əxlaq məsələsində hövzədaxili islahın birinciliyi
Əgər bizim hövzə daxilində təlim və tərbiyə fənnimiz, fakültəmiz olsa, yaxşı pedaqoqlar yetişdirsək, əxlaq, təlim və tərbiyə hövzədə ciddi sayılsa, o zaman elmi hövzə və ruhanilər təlim və tərbiyə qurumlarında - orta məktəblərdə geniş fəaliyyət göstərə bilərlər. Bu o demək deyil ki, biz gedib Təlim və tərbiyə naziri olaq. Bu əsla təsirli yol deyil. Təlim və tərbiyə işi dərs vəsaiti hazırlamaq, müəllim yetişdirmək, müəllimin dini tərbiyəsi, dini və qeyri-dini kitabların istehsalıdır. Yəni fizika, yaxud riyaziyyat kitabı tövhid dərsi də verə bilər, insanları dinsiz də edə bilər; şagirdə həm tövhid və dindarlıq aşılaya, həm də onu dinsiz, başlanğıca və sona etinasız edə bilər.
Biz elmi hövzəni hazırlamağı bacarmalıyıq. İndi elmi hövzə hazırlıqlı deyil. Mənim Təlim və Tərbiyə Nazirliyindən heç bir gileyim yoxdur; bunu sizə deyim. Mən hövzə adamıyam, özüm hövzəni görürəm. İndi hövzənin elə hazırlığı yoxdur ki, biz deyək cənab, gəl müəllim yetişdir, dini təfəkkürə və dini tövsiyələrə uyğun dərs vəsaiti hazırla. Bu iş də hövzəyə lazım olan işlərdəndir.
Dostları ilə paylaş: |