Hövzə, hövzə alimləri və hövzə tələbələri elmi özünəinama nail olmalı və özlərinə güvənməlidirlər. Bu çox böyük əhəmiyyətə malikdir. Nəzərlərin toqquşmasında, elmi hərəkətin keyfiyyətində və hövzənin dəyər dərəcələrində elm ən üstün meyar olmalıdır.
8. Elmi məsələlərdə elmi insaf
Elmi hövzənin şərtlərindən olan və hövzənin elmi əxlaqının tələb etdiyi məsələlərdən biri də elmi məsələlərdə insaflı olmaqdan ibarətdir; elmi insafa malik olmaq lazımdır.
9. Müəllim və tələbənin ciddiliyi
Sonrakı məsələ müəllim və tələbə üçün ciddilik və işi buraxmamaqdır. Yeni mədəniyyətin və Avropadan idxal olunan yeni təhsil sisteminin bəlalarından biri budur ki, müəllim yeni düşüncə istehsal etmək üçün özünə əziyyət vermir, çox zaman mütaliəsiz dərs deyir. Bizim müəllimimiz mütaliəsiz dərs demir; bizim müəllimimiz mütaliə edir, düşünür, fikirləşir, düşüncə ilə dərs deyir. Əgər siz Məkasib kitabını on dəfə tədris etsəniz də, on birinci dəfə yenə də fikirləşirsiniz ki, bəlkə nəzərinizə yeni bir şey gəldi.