16. Dünyada yeni düşüncə və şübhələrin meydana çıxdığına görə fiqh və üsulun kənarında fəlsəfəyə diqqət yetirmək
Bu gün bizim fəlsəfəyə keçmişdəkindən daha çox ehtiyacımız var... Bu gün dünyada bu qədər müxtəlif məktəblər, bütün bu yeni düşüncələr, bütün bu şübhələr, bütün bu düşüncə təklifləri irəli sürülür; özü də belə asan və sürətli rabitə vasitələri ilə; internetlə, kitabla, jurnalla və sair. Buna əsasən, fəlsəfəyə ehtiyac var.
17. Hövzə elmlərinin hər birində ixtisaslı işin zəruriliyi
Heç bir eybi yoxdur ki, bu gün də fəqihlərimiz olsun, filosoflarımız olsun, İslam humanitar elmlərində mütəxəssislərimiz olsun, təfsirdə mütəxəssislərimiz olsun - təfsirə əhəmiyyətsiz yanaşmaq olmaz; onun üçün mütəxəssis lazımdır - təbliğat elmlərində mütəxəssisimiz olsun. Nə eybi var ki, hövzənin böyük alimlərindən kimlərsə təbliğat fənnini, bugünkü qəribə dünyada və cənab Kəbinin dediyi kimi, gələcəkdəki daha qəribə dünyada təbliğatın xüsusiyyətlərini tədris etsinlər. Müxtəlif fənlərdə müəllimlərimiz olsun.