Digər sahələrdə də mən nəyin yenilik olduğunu və nəyin olmadığını, daha doğrusu, hansı yeniliyin düzgün, hansının səhv olduğunu deyəcəyəm. Mənim sözüm həmişə bu olub, indi də budur, əvvəllər də müxtəlif məclislərdə hövzə alimlərinə bunu demişik: Yenilik və dəyişiklik zəruri məsələdir və baş verəcək. Bu gün müxtəlif təbəqələrin, millətlərin və digər toplumların ətrafında darvaza və hasar yoxdur. Lakin bu yeniliyi və dəyişikliyi ya idarə etməli və istiqamətləndirməliyik, ya da özbaşına buraxmalıyıq. Əgər buraxsaq, uduzacağıq. Hövzənin böyükləri, təqlid müctəhidləri, mütəfəkkirlər, alim və müəllimlər kəmərlərini möhkəm bağlamalı, iradə göstərməli, bu yenilik üçün proqram hazırlamalı, onu istiqamətləndirməli və idarə etməlidirlər. Buna əsasən, yeniliyin əsas mənası budur: müxtəlif məzmun yenilikləri.