Şagirdin müəllimə hörməti və onun qarşısında təvazökarlığı
Müəllimə hörmət də bir məsələdir. Elmi hövzələrdə geniş yayılmış ənənələrdən biri şagirdin müəllim qarşısında təvazökarlığı, ona hörmət göstərməsidir. Öyrənci əxlaqı mövzusunda çoxlu kitablar yazılmışdır; yəni tələbənin müəllim qarşısında hansı vəzifələri və müəllimun onun üzərində hansı hüquqları var. Əlbəttə, qarşılıqlı olaraq tələbənin də müəllim üzərində haqları var. Müəllim yalnız dərsi deyib getməməlidir, şagirdin sözünü də dinləməlidir. Bunlar qədimdən adət olmuşdur. Bizim dövrümüzdə bəzi böyük alimlər vardı, indi də belələri var; şagird dərsdən sonra müəllimin evinədək onu müşayiət edir, elmi müzakirə aparır, söhbətləşir və sual verir; məclis elm məclisidir, araşdırma və sual-cavab məclisidir. Bunlar bizim hövzəmizin yaxşı ənənələridir. Digərlərinin bunları bizdən öyrənmək istədiyi halda biz bunları digərlərinin qüvvədən düşmüş və köhnəlmiş üsulları ilə əvəzləyək?! Deməli, bu ənənələr qalmalı və gücləndirilməlidir. Yenilik bunları dəyişdirmək deyil.