Barəsində açıq danışmağın lazım olduğu başqa mühüm məsələ hövzələrdə yenilik məsələsidir. Bir neçə ildir elmi hövzələrdə, xüsusən də mübarək Qum Elmi Hövzəsində yenilik məsələsi gündəmdədir. Mənim sözüm həmişə bu olub, indi də budur, əvvəllər də müxtəlif məclislərdə hövzə alimlərinə bunu demişik: Yenilik və dəyişiklik zəruri məsələdir və baş verəcək.
Bu yeniliyi və dəyişikliyi ya idarə etməli və istiqamətləndirməliyik, ya da özbaşına buraxmalıyıq. Əgər buraxsaq, uduzacağıq. Hövzənin böyükləri, təqlid müctəhidləri, mütəfəkkirlər, alim və müəllimlər kəmərlərini möhkəm bağlamalı, iradə göstərməli, bu yenilik üçün proqram hazırlamalı, onu istiqamətləndirməli və idarə etməlidirlər. Təqlid müctəhidlərinin və böyük alimlərin təsdiq etdiyi və hövzə məsələlərində fikir sahibi olan təşkilati bir qrup tərəfindən hövzənin idarəsi və müdiriyyəti zəruri və qaçılmaz bir işdir; başqa cür mümkün deyil. Bu mürəkkəb, mühüm və kompleks iş güclü bir müdiriyyət olmadan görülə bilməz.
Dostları ilə paylaş: |