Dözüm və müqavimət - xarici tələbələrin problemləri aradan qaldırmaqda həyati əhəmiyyətli sərvətləri
Əlbəttə, siz burada qürbətdə yaşayırsınız. Bura sizin eviniz olsa da, öz ailənizdən, qohumlarınızdan uzaqsınız, çətinlikləriniz var, problemləriniz var; özünüzün, həyat yoldaşlarınızın, ailələrinizin problemləri var. Dözümlü olun. Allah-Taala peyğəmbərliyinin əvvəlində öz əziz elçisinin (s) önünə bir neçə əsas məsələ qoydu. O bu bir neçə mühüm məsələyə və istiqamətə diqqət yetirib bu ağır və bənzərsiz missiyanı yerinə yetirə bildi. Bu xətlərdən biri dözüm idi: "Bağışlayan və Mehriban Allahın adı ilə. Ey (libasına) bürünən (Peyğəmbər)! Qalx və (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Etdiyin yaxşılığı) çox bilib başa qaxma! Rəbbinin yolunda (bütün çətinliklərə) döz!". Allah-Taala dözüm məsələsini Peyğəmbərin (s) qarşısına qoydu. Dözmək lazımdır.