İmam Əli ibn Musa Rza (ə) öz səhabələrindən birinə buyurdu: "Allah bizim əmrimizi dirçəldənlərə rəhm eləsin!" Rəvayətçi soruşdu ki, sizin əmriniz, sözünüz, sizin əhəmiyyət verdiyiniz mövzu necə dirçəlir?
İslam elmləri və Əhli-beyt (ə) təlimləri ilə silahlanmaq və onları xalqa ötürmək
Buyurdu ki, bizim elmlərimizi, Əhli-beyt (ə) təlimlərini öyrənib xalqa, müştaq qəlblərə və araşdırıcı zehinlərə ötürsünlər. Əhli-beyt (ə) təlimlərini təbliğ etmək üçün sizin qapıları döyməniz əsla lazım deyil; kobudluq etməyə, onunla-bununla dalaşmağa heç bir lüzum yoxdur. Bu qədər kifayətdir ki, Əhli-beyt (ə) təlimlərini düzgün öyrənək və onu digərlərinə ötürək. Bu tövhid təlimləri, bu insanşünaslıq bilgiləri, bəşər həyatının müxtəlif məsələlərini ehtiva edən bu təlimlərin özü cazibəlidir, ürəkləri cəlb edir və imamların yoluna çıxarır.