Xalqın küçə və meydanlara çıxmasının, rejimin dəmir pəncələri qarşısında müqavimətinin rəhbərliyini həqiqətən və sözün əsl mənasında Qum başladı. Həmin qumlu gənclər küçələrə çıxdılar, qanları töküldü. Əlbəttə, tağut quruluşunun polislərini də çox incitdilər. Qum gənclərinin qoçaqlığı və fərasəti polisləri çox çaşdırırdı. Sonra inqilab baş verdi. Qum hər yerdə ön sıralarda durdu. Bu Əli ibn Əbu Talib (ə) diviziyası müqəddəs müdafiənin ön xətlərində vuruşan uğurlu diviziyalardan idi. Qumlular bütün böyük imtahanların öhdəsindən yaxşı gəldilər. Ön sırada da gənclər dururdu. Mən istəyirəm ki, bu gün emosiyası, düşüncəsi, həvəsi və şüuru olan siz gənclər Qumun gənc nəslinin bir neçə onillikdən bu yana sahib olduğu bu fəxrli kimliyi göz önündə saxlayasınız.