Müqəddəs müdafiədə və sonrakı işlərdə fəallıq
Qumlular inqilabda fəallıq göstərdilər, müqəddəs müdafiədə fəallıq göstərdilər. Müharibə bitəndən sonra, xüsusən də Böyük İmamın vəfatından, onun sayəsinin bizim başımız üzərindən əskilməsindən sonra qumlu gənclərin fəallığı daha da artdı. Bu, mühüm məsələdir.
İnqilabın ilk onilliyinin sonlarında düşmənin siyasəti
Qumda inqilabın antitezisi layihəsi
Diqqət yetirin; inqilabın ilk onilliyinin sonlarından inqilabın düşmənləri və düşmən cəbhəsi iranlı ekspertlərdən istifadə edib bir siyasət planlaşdırdı. Çünki iranlı ekspertlərdən başqaları bu məsələyə diqqət yetirə bilməzdilər. Onların məşvərət tərəfləri iranlılar idilər. O siyasət bu idi ki, Qumda inqilabın antitezisini hazırlasınlar. İnqilabın Qumdan baş qaldırdığı kimi, əksinqilab cərəyanı da Qumda yaransın.
Dostları ilə paylaş: |