Mənim ümumi şəkildə deyək istədiyim budur ki, uzunmüddətli proqram üçün əsas şərt vardır. Mən bunu dəfələrlə demişəm. Burada da onun barəsində bir qədər söhbət etməyi lazım bilirəm. Bu, agahlıq məsələsidir.
Agahlığın əhəmiyyəti
Mən agahlıq barədə ötən il və ondan öncə çox söhbət etmişəm. Digər şəxslər də bu haqda danışıblar. Gördüm ki, bəzi gənclər də bu sahədə çox yaxşı işlər görmüşlər. Mən yenə də agahlıq üzərində təkid etmək istəyirəm. Mənim təkidim əslində bu məqsədlədir ki, müraciət tərəfi, meydan sahibi və vəzifəyə məsuliyyətli olan sizin özünüz bu işlərlə və agahlıq əldə etməyə dair proqramlarla məşğul ola, bu mühüm ehtiyacı təmin edəsiniz. Agahlıq işıq saçan projektordur; agahlıq qibləni və qütbü göstərən kompasdır. İnsan bir səhrada kompassız hərəkət etsə, təsadüfən məqsədə çatmaq ehtimalı azdır. Daha güclü ehtimal budur ki, yolu azıb çoxlu problem və çətinliklərə düşsün. Xüsusən qarşıda düşmən olduqda adama kompas lazımdır. Əgər kompas olmasa, siz yaraqsız vəziyyətdə düşmən mühasirəsində qalarsınız. O zaman daha əlinizdən bir şey gəlməz. Deməli, agahlıq kompas və projektordur. Agahlıq zülmətləri aydınlaşdırır və bizə yolu göstərir.