4. Dünyaya hakim olan yanlış üsulla mübarizə aparmaq üçün gənclərin hazırlığı və Allaha arxalanması Müsəlman iranlı gənc özünü hazırlamalı, inkişaf yolunda Allah-Taalaya arxalanmalı, Ondan yardım ummalı, agah şəkildə irəliləməlidir. Bu zaman dünyaya hakim olan yanlış üsulla mübarizə aparmaq üçün münasib imkanlar əldə olunacaq.
Qum vilayətinin icra məmurları ilə görüşdəki çıxış
27 Oktyabr 2010
Bismillahir-Rəhmanir-Rəhim.
Həmd və səna aləmlərin Rəbbinə məxsusdur. Ağamız və peyğəmbərimiz Əbülqasim Məhəmməd Mustafaya və onun pak və seçilmiş ailəsinə, xüsusən də Allahın Yer üzündə saxladığı (İmam Mehdiyə) salavat və salam olsun!
Salam olsun, sənə, ey sərvərim və mövlam, ey Fatimə Məsumə, ey Musa ibn Cəfərin qızı! Allahın salamı olsun olsun sənə, sənin pak və məsum ata-babalarına!
İran xalqının və Qum şəhərinin səmimi və ixlaslı xidmətçiləri ilə bu gün çox şirin olan bu görüşə çox şad oldum. Mən Qum şəhərinin abadlığına və bu əziz xalqın rifahına kömək etməkdən ötrü zəhmət çəkib Quma təşrif buyurduqlarına və həzrət Məsumənin məqbərəsinə gəldiklərinə görə möhtərəm Dövlət Şurasına təşəkkür edirəm. Hər hansı bir sahədə xidmət göstərən siz möhtərəm məclis iştirakçılarının hamısına təşəkkür edirəm. Ümidvaram ki, Allah-Taala sizə yardım etsin, sizdən razı olsun və inşallah bu əziz, mömin və aktiv xalqı sözün əsl mənasında razı sala biləsiniz.
Dostları ilə paylaş: |