İnqilabdan sonra Quma xüsusi diqqət yetirildi. Həqiqətən məlumatlarda olduğu və mənim də təsdiqlədiyim kimi, beş il öncədən etibarən Qumun abadlaşması üçün hərəkət və kömək artdı, sürətləndi və nəzərəçarpacaq inkişaf yarandı. Bəli, bu faydalıdır, lakin davam etdirilməlidir. Əgər bu gün möhtərəm məmurların Qumun işlərinə dair göstərdikləri bu səy, bu həvəs və sevgi davam etsə, ümidvarıq keçmişin çoxlu gerilikləri inşallah tədricən düzəlsin. Və bu, ölkə üçün mühüm məsələdir.
Qumun beynəlxalq mövqeyi və əhəmiyyəti
Quma xidmət etmək yalnız bir şəhərə xidmət deyil, ölkəyə və ölkənin imicinə xidmətdir. Çünki bura inqilabın özülüdür, ruhaniliyin özülüdür. Ən böyük elmi hövzə burada yerləşir. Görkəmli elmi və dini şəxsiyyətlər bu şəhərdə yaşayırlar və bura dünyanın ümumi diqqət mərkəzindədir. Siz baxın, bu bir neçə gündə dünyanın bütün media şəbəkələri Quma, Qum xalqına və Qum ruhaniliyinə yer ayırdılar. Bu, Qum şəhərinin əhəmiyyətini göstərir, bu şəhərin mərkəzliyini göstərir. Buna əsasən, bu şəhərə xidmət İslam Respublikasının imicinə xidmətdir.