Həmçinin bilin ki, Müdərrislər Cəmiyyəti yalnız şəxslər deyil. Bu, bir ictimai heyətdir, daimi bir orqandır, qırx ildən artıqdır müxtəlif sahələrdə işlər görmüşdür. Onu qorumaq lazımdır.
Hövzə və düşməni tanımaq məsələsi
Düşməni və onun fikirlərini öyrənməyin zəruriliyi
Mən vaxtın azlığına görə bir neçə səhifəni ötürürəm. Burada qeyd etdiyim son məsələ budur ki, biz dinə, dinin möhkəmlənməsinə, təbliğinə və dindarlığın yayılmasına əhəmiyyət veririksə, bu fikirlərin düşmənini də tanımalıyıq. Bu dinin yayılmasından və dindarlığın güclənməsindən qorxan, onunla düşmən olan kimdir və hansı gücdür? Bu, Amerikanın durduğu və ən fəalının sionistlərdən – həm sionist şəbəkəsindən, həm də qondarma sionizm dövlətindən ibarət olduğu hegemonluqdur. Bunlar dindarlığın düşmənidirlər. Quranın yandırılması məsələsinə əhəmiyyətsiz yanaşmayın; əziz İslam Peyğəmbəri (s) əleyhinə karikaturaların çəkilməsini əhəmiyyətsiz saymayın. Əlbəttə, başlanğıcı Salman Rüşdi etdi. Amma ondan öncə və sonra nəhəng Hollivud və onun şirkətləri İslamofobiya işinə təyin olundular. Lakin İrandakı tərəfdarları deyirlər ki, İslam Respublikası sənət adamının əmrlə işləməsini gözləyir. Siz əmrlə işləyirsiniz. Elə bilirsiniz biz anlamırıq?! İslam inqilabından əlavə, İslamın, ruhaniliyin, Quranın, şəriətin və dindarlığın əleyhinə film hazırlamaq göstərişi də verilmişdir. Çox açıq şəkildə İslam inqilabı əleyhinə filmlər çəkir və danışırlar. Bunlar düşməndirlər. Dindarlığın, dini qəbul etməyin, dinə etimadın və onun rəvacının düşməni hegemonluqdan ibarətdir.