Hövzənin elm mərkəzi olmasına dair başqa bir məsələ budur ki, hövzənin kimliyi elmi kimlikdir. Buna görə də, təhsildə, təlimdə, elmin inkişaf və istehsalında yeni üsullardan qorxmaq lazım deyil, vahiməyə düşmək lazım deyil.
21. Hövzələrin sayını artırmağın və günün metodlarından istifadə etməklə istedadlı şəxslərin cəlb olunmasının zəruriliyi
Hövzədə say məsələsi mühüm məsələdir. Bizim hövzələrimizin sayı azdır. Sayı artırmaq istəyiriksə, bəzi işlər görmək lazımdır. Yalnız ümumi elanla insanları gətirmək olmaz. Bu gün dünyada insanları cəlb etmək üçün müxtəlif üsullar vardır. Bu üsullardan istifadə etmək lazımdır. İstedadı, həvəsi və hazırlığı olan və hövzəyə gətirilməsi mümkün olan insanları cəlb etmək lazımdır.