Bu müdiriyyət məsələsinə çox ciddi yanaşmaq lazımdır. Nəzərdə tutulmuş və mövcud olan bu idarəçilik forması güclü və məqbul formadır. Bu müdiriyyətin altında təqlid müctəhidlərinin imzası var. Hövzənin müdiriyyətini və Ali İdarə Şurasını zəiflətmək olmaz. Boşluq yaradılmamalıdır. Gərək işlərini görsünlər. Kiminsə bir şeyə, bir sözə və bir hərəkətə etirazı ola bilər. Çox gözəl, etirazı bildirmək lazımdır; islah etmək olar. Amma ehtiyatlı olun ki, müdiriyyət zəifləməsin.