Həmçinin bilin ki, Müdərrislər Cəmiyyəti yalnız şəxslər deyil. Bu, bir ictimai heyətdir, daimi bir orqandır, qırx ildən artıqdır müxtəlif sahələrdə işlər görmüşdür. Onu qorumaq lazımdır.
24. Düşməni tanımaq və onun qarşısında mövqe seçmək
biz dinə, dinin möhkəmlənməsinə, təbliğinə və dindarlığın yayılmasına əhəmiyyət veririksə, bu fikirlərin düşmənini də tanımalıyıq. Bu dinin yayılmasından və dindarlığın güclənməsindən qorxan, onunla düşmən olan kimdir və hansı gücdür? Bu, Amerikanın durduğu və ən fəalının sionistlərdən – həm sionist şəbəkəsindən, həm də qondarma sionizm dövlətindən ibarət olduğu hegemonluqdur. Bunlar dindarlığın düşmənidirlər... Hövzə hegemonluq qarşısında sakit dayana bilməz; bunu da deyim. Hövzənin hegemonluq qarşısında həmişə mövqeyi olmalıdır.