Müasir dövrdə də həmin xüsusiyyətlər mövcuddur; yəni Qum ən üstün dini və ilahi təlimlərin mərkəzidir, mücahidlik, agahlıq və böyük alimlərin sükunəti sayəsində burada İslam dünyasının şərqinin və qərbinin bəhrələndiyi bir bulaq çağlayır.
İnqilabdan öncəki həssas dönəmlərdə Qum əhalisinin rolu
Mən iki mühüm dönəmi yada salmaq istəyirəm. Bu iki dönəmdə qumlular həqiqətən təsirli və həmişəyaşar rol ifa etdilər:
1963-cü ilin 15 Xordad (5 İyun) hadisəsi
Biri 1963-cü ilin Aşura günü və ondan iki gün sonra baş verən 15 Xordad (5 İyun) hadisəsidir. Qum əhalisi Aşura günü bu Feyziyyə mədrəsəsinə toplaşıb İmamın fəryadını dinlədi, ruhunu doyurdu, iki gündən sonra Böyük İmamın saxlanması xəbərini eşitdikdə isə müqəddəs məqbərəyə toplaşdılar. Onların bu möhtəşəm hərəkəti Böyük İmamımızın rəhbərlik etdiyi ruhani hərəkatının hövzənin divarları arxasında qalmamasına və cəmiyyətə çıxmasına bais oldu. Bu işin avanqardı qumlular oldular; onlar bu böyük işi gördülər.