İkinci sıra ailələrə məxsusdur; şəhidlərin siz ata-analarına, övladlarına və həyat yoldaşlarına. Siz dözdünüz, zahiri acı olan bu hadisəyə tab gətirdiniz. Əzizləri itirmək acıdır, ağırdır. Ata və ana zəhmət çəkib bu gül dəstəsini, bu əziz və barlı ağacı ürəyinin qanı ilə suvarır, böyüdür, sonra isə cəbhədən onun cənazəsini gətirirlər. Ağır hadisədir, asan deyil. Ata-analar, xanımlar və övladlar zahiri acı olan bu hadisəni rəğbətlə qəbul etdilər, Allahla alış-verişə inandıqlarını göstərdilər. Mən elə şəhid anaları ziyarət etmişəm ki, ciddi və çox səmimi şəkildə deyirdilər: "Əgər bizim on övladımız olsaydı, hamısını Allah yolunda verərdik". Onlar yalan demirdilər. Mən elə ana və atalarla görüşmüşəm ki, övladlarının Allah yolunda şəhid olduğuna görə izzət və fəxr hissi keçirirdilər. Sözsüz ki, onlar haqlıdırlar; bu, izzət və fəxrdir. Bizim bibimiz Zeynəb-Kübra da belə buyurdu: "Gözəllikdən başqa bir şey görmədim". Kərbəla hadisəsi kiçik hadisədir?! Allahı görən göz bu hadisənin, tökülmüş bu qanların, bu ağır müsibətlərin arasında gözəl bir həqiqət müşahidə edir: "Gözəllikdən başqa bir şey görmədim". Mən Zeynəb-Kübranın hisslərinə malik olan çoxlu ailələr görmüşəm. Onlar da deyirdilər ki, gözəllikdən başqa bir şey görmədik. Bir xalqa iqtidar bəxş edən bunlardır; bir xalqda özünəinam yaradan bunlardır; bunlara görə dünyanın maddi güclərinin, təcavüzkar və hegemon dövlətlərin məst nərələrinin təhdidləri onları qorxutmur.