Möhtəşəm yenilik
Qum Elmi Hövzəsinin tələbə, alim və müəllimləri ilə görüşdəki çıxış
21 Oktyabr 2010
Bismillahir-Rəhmanir-Rəhim.
Həmd və səna aləmlərin Rəbbinə məxsusdur. Ağamız və peyğəmbərimiz Əbülqasim Məhəmmədə və onun pak, seçilmiş, hidayət edən və məsum ailəsinə, xüsusən də Allahın Yer üzündə saxladığı (İmam Mehdiyə) salavat və salam olsun!
Salam olsun, sənə, ey sərvərimiz, ey Fatimə Məsumə, ey Musa ibn Cəfərin qızı! Ən üstün salavat və salam olsun sənə, sənin pak və məsum ata-babalarına!
Birinci hissə: Giriş Kəramət ongünlüyündə hövzə tələbələrinin Böyük Rəhbərlə əzəmətli görüşü; İmam Rzanın (ə) və onun əziz bacısının hicrət və hərəkətinin xatirəsi
Qum Elmi Hövzəsinin müəllimlərinin, rəhbərlərinin, alimlərinin və əziz tələbələrinin iştirakı ilə əzəmət qazanmış bu görüşümüzün həzrət Əli ibn Musa Rzanın (ə) və həmçinin onun əziz bacısı həzrət Fatimə Məsumənin mübarək doğum günlərinə təsadüf etməsi bizə bu qardaş-bacının əzəmətli və mübarək hərəkətini və onların mənalı hicrətini yada salır. Şübhəsiz ki, bu, İran xalqının və şiəliyin tarixində qurucu və təsirli bir hərəkət olmuşdur.
Dostları ilə paylaş: |